Metak istiqrazları 8 investor tərəfindən alındı
19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin AZ2002020272 ISIN-li, 3 milyon manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 19 aprel 2019-cu ildir.
Qeyd edək ki, METAK istiqrazları illik 12% gəlir vəd edir.
İstiqrazların buraxılış parametrləri
Qiymətli kağızın ISIN kodu | AZ2002020272 |
Emissiya həcmi | 3 000 000 AZN |
Nominal qiyməti | 1000 AZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazların tədavül müddəti | 1 il (365 gün) |
Faiz dərəcəsi (illik) | 12 % |
Faiz gəlirinin ödəniş müddəti | 1 aydan bir (30 gün) |
Anderrayter | Unicapital İŞ QSC |
Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi (9-12 ay) “METAK” MMC tərəfindən təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















