Daha bir bankın göstəriciləri kreditlərin azaldığını ortaya qoydu
Bank Melli İran Bakı filialı 2018-ci ilin 1-ci rübü üzrə yarımçıq maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, “Mənfəət və zərər” hesabatını gizlədən filial yalnız Balans göstəricilərini ictimaiyyətə açıqlamağı məsləhət bilib.
Balans hesabatından məlum olur ki, Bank Melli İran Bakı filialı 31 Mart 2018-ci il tarixində 110 milyon 544 min manat cəmi aktivlərə malik olub. Bu, ötən ilin sonu ilə müqayisədə 10% çoxdur. Filial ötən ilin sonunda 100 milyon 497 min manat cəmi aktivlərə malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 3 milyon 608 min manatdan 3 milyon 582 min manata geriləsə də, qiymətli kağızlara investisiyalar 18 milyon 204 min manatdan 21 milyon 483 min manata qalxıb.
Filialın öhdəlikləri isə 27,6% artaraq 39 milyon 839 manata çıxıb. Öhdəliklərin artmasının əsas səbəbi filialın maliyyə institutları qarşısında öhdəliklərinin artmasıdır.
Bank Melli İran Bakı filialı Martın sonunda 70 milyon 704 min manat cəmi kapitala malik olub.
Bankın kapital hesabatından yığılmış zərərin 22 milyon 614 min manatdan 21 milyon 757 min manata düşdüyü görünür. Bu azalma filialın 2018-ci ilin 1-ci rübünü 857 min manat xalis mənfəətlə başa vurduğuna işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















