"Repro-Servis" Gömrüyü aldada bilmədi
Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda bəyan olunmamış malların sərbəst dövriyyəyə buraxılmasının qarşısı alınıb.
DGK-dan verilən məlumata görə, məlum olduğu kimi, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə DGK-da yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılır.
Daha bir təhlilin nəticəsi olaraq "Repro-Servis" MMC-nin elektron bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılması nəzərdə tutulan malların invoys və digər müşayiətedici sənədlərindəki məlumatlarda yüksək riskli göstəricilər müəyyən edilib və mallara fiziki baxışın keçirilməsi qərara alınıb.
Beləliklə, adı çəkilən hüquqi şəxs tərəfindən külli miqdarda bəyan olunmamış mallar - 221 dəst uşaq paltarı, 420 ədəd dəri kəmərlər, 238 ədəd qadın çantası, nəqliyyat vasitələri üçün ümumi çəkisi 429 kq olan ehtiyat hissələr, istilik sistemləri üçün 952 kq fitinq və 2160 kq ventillər, 204 ədəd su kranı aşkarlanıb.
Bundan başqa, bəyan olunan mallar sırasında süni dəri nümunəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsində tədqiqi nəticəsində həmin malın 4041 kq rənglənmiş təbii dəri olduğu müəyyən edilib. Bununla da aşkarlanan malların statistik dəyəri xeyli miqdarda azaldılıb.
Faktla bağlı araşdırma aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







