Azərbaycan Gürcüstan və Ukrayna ilə birgə müəssisə təsis edəcək
Ukrayna Azərbaycanın nəqliyyat layihələrinə maraq göstərir.
Bunu açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi missiyasının rəhbəri Sergey Şitelyuk deyib.
Onun sözlərinə görə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri "Şərq-Qərb" layihəsi çərçivəsində "Yeni İpək Yolu" və "TransXəzər Beynəlxalq Nəqliyyat Narşrutu" (TBNM) layihələrinin həyata keçirilməsi və Azərbaycanın təklif etdiyi “Cənub-Qərb” layihəsində Ukraynanın iştirak etməsidir:
"Ukrayna geosiyasi konyukturadakı ən son tendensiyaları və beynəlxalq nəqliyyat kommunikasiyalarının inkişafını nəzərə almaqla yalnız Qara dəniz hövzəsi ilə məhdudlaşmır, eyni zamanda, beynəlxalq nəqliyyat siyasətini Türkiyə, Gürcüstan və Azərbaycanla interqral əlaqə yaratmaqla qurur".
Missiya rəhbəri qeyd edib ki, TBNM və "Cənub-Qərb" nəqliyyat maşrutu layihələrinin həyata keçirilməsi çərçivəsində bu ilin I yarısında Ukrayna və Gürcüstan, eləcə də Gürcüstan və Azərbaycan arasında bərə və dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı ikitərəfli sazişlərin bağlanması gözlənilir:
"Hazırda tərəflər Ukrayna, Gürcüstan və Azərbaycan arasındakı bərə-dəmir yolu əlaqəsinin yaradılması, ona xidmət göstərilməsi üzrə birgə müəssisənin yaradılmasına dair sazişin əsas elementlərini hazırlayırlar".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 38 d. əvvəl
-
59 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















