“AzerGold” və “ADA” Universiteti memorandum imzalayıblar
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “ADA” Universiteti tələbələrin karyera hazırlığına dəstək olmaq, kadrların peşəkar inkişafı, tələbə-yönümlü və digər tədqiqat layihələrinə töhfə vermək məqsədi ilə əməkdaşlıq memorandumu imzalayıblar.
QSC-nin yaydığı məlumata görə, “ADA” Universitetində baş tutan görüşdə Universitetin rektoru Hafiz Paşayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi apararaq birgə fəaliyyətin hər iki tərəf üçün uğurlu olacağına əmin olduqlarını bildiriblər.
Məlumatda qeyd edilib ki, əməkdaşlıq memorandumu “ADA” Universitetinin Fondu və “Karyera İdarəetmə Mərkəzi” ilə əməkdaşlıq, Universitetin ixtisasartırma proqramları vasitəsilə ”AzerGold” QSC-nin əməkdaşları üçün peşəkar inkişaf proqramlarının təşkil olunması, birgə tədqiqat layihələrinin keçirilməsi tədbirlərini əhatə edəcək.
“AzerGold” QSC əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində Cəmiyyət artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























