Azərbaycanda siqaret qıtlığı - səbəbi məlum oldu
Azərbaycanda satış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilib. Artıq nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda Bakıda mağazalarda müəyyən növ siqaret brendlərinin qıtlığı müşahidə edilir.
Siqaretlərin satışını həyata keçirən mağazaların menecerləri bildiriblər ki, təxminən 1 həftəyə yaxındırki, aksiz markaları ilə markalanmış tütün məmulatlarının nağd satışına icazə verilmir və nəticədə bazarda qıtlığın yaranmasına dair süni ajoitaj yaranıb: "Bundan sonra siqaretlər ancaq kartla və ya bank köçürməsi alınmalıdır".
Qeyd edək ki, 2015-ci ilin əvvəlində İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Belə ki, həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" 50 manatlıq məbləği nəzərdə tutur.
Hazırda tütün məmulatları bazarında kart sisteminin tətbiqi ilə bağlı yaranmış çaşğınlıqla bağlı tədarükçü şirkətlər "Report"a bildiriblər ki, əvvəlcədən siqaretlərin satışını həyata keçirən həm pərakəndə, həm də topdansatış obyektləri üçün maarifləndirmə tədbirləri görülməli idi: "Hazırda onlar "donmuş" vəziyyətdədirlər. Siqaretlərin satışının kart sisteminə keçidi həm pərakəndə, həm də topdansatış obyektləri üçün çətinliklər yaradır. Onlar buna hazır deyillər. Hazırda satış əməliyyatlarını icra edənlərdə sadəcə qorxu yaranıb. Əgər öncədən maarifləndirmə tədbirləri görüsəydi və bundan sonra sistemin icrası tətbiq edilsəydi, onların bunu reallaşdırmaq üçün heç bir bəhanələri qalmayacaqdı", - deyə tədarükçü şirkətlər bildiriblər.
Qeyd edək ki, siqaretlərin nağdsız şəkildə satışı iki yolla həyata keçirilməlidir: bank vasitəsilə VÖEN-ə bağlı kart hesabı açıb, əməliyyatlar həyata keçirmək və bankda kart hesabı açmaqla (kartla post-termianllar vasitəsilə ödəniş edilməlidir).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







