Metro yaxınlığında tikilmiş bina Novruz Bayramında yaşayışa təhvil verilir
“Xəzər İnşaat XXI Əsr” şirkəti yaşayış komplekslərinin tikintisini ləngiməyə yol vermədən davam etdirir. Məqsəd bütün müştərilərə söz verilən vaxtda tikintini başa çatdırmaqdır. Tezliklə şirkətin yüzlərlə müştərisi yeni mənzilə köçmək sevincini yaşayacaqdır.
Hazırda “Xəzər İnşaat XXI Əsr” şirkəti Bakı şəhərində “Qara Qarayev”, “Neftçilər”, “Memar Əcəmi” metroları yaxınlığında və Yeni Günəşli qəsəbəsi olmaqla 4 yaşayış kompleksinin tikintisini həyata keçirir.
NOVRUZ BAYRAMINDA TƏHVİL VERİLƏCƏK
Şirkətdən “Marja”ya verilən məlumata görə, “Memar Əcəmi” layihəsində tikinti tam başa çatdırılıb. Novruz Bayramında tam təmirli mənzillərin sahiblərinə təhvil verilməsinə başlanacaqdır.
İnşası 2016-cı ildə start götürmüş bu yaşayış kompleksi metronun “Memar Əcəmi” stansiyasından piyada 3 dəqiqəlik məsafədə, "Yeganə" şadlıq sarayının yaxınlığında yerləşir. Yaşayış kompleksinin ətrafında 54 saylı tam orta məktəb, marketlər, tibb müəssisələri, onlarla restoran, kafe və şadlıq sarayları yerləşir.Qısası, hər şey bu kompleksdə yaşıyanların əli altında olacaqdır.
Əlavə edək ki, “Xəzər İnşaat XXI Əsr” şirkəti “Memar Əcəmi”də artıq yaşayış binalarından birini təhvil verib.Hazırda inşa edilən bina şirkətin həmin zonada yerləşən ikinci layihəsidir.
TƏMİRLİ, “KUPÇA”LI MƏNZİLLƏR
Mənzillər yalnız təmirli şəkildə təhvil verilir.Təmirdə istifadə olunan materialları alıcı özü seçir.Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları,İspaniya istehsalı kafel - metlax, parket döşəmə (palıd), istilik radiatorları və s. daxildir.
“Xəzər İnşaat”dan mənzil almış sakinlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çıxarışla (kupça) təmin olunur.
KREDİT ŞƏRTLƏRİ DAHA MÜNASİB EDİLİB
Tam təmirli və çıxarışlı mənzilləri faizsiz kreditlə əldə edə bilərsiniz. “Xəzər İnşaat” 5 illik daxili kreditin ilkin ödəniş faizi 30%-dən 20%-ə endirilib. İş yerindən arayış təqdim edə bilməyənlər və qısamüddətli kreditə üstünlük verənlər tam təmirli mənzilə daha sərfəli şərtlərlə sahib ola bilərlər. Daxili kreditin rəsmiləşdirilməsi üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
"Kristal Abşeron" və “Xəzər İnşaat XXI Əsr” layihələrində 25 illik ipoteka imkanı ilə də tam təmirli mənzillərin satışı davam edir. İlkin ödəniş 20%, illik faiz dərəcəsi 7% təşkil edir.
Daha ətraflı məlumat üçün: *6363 əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 48 d. əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)


