Palata informasiya təhlükəsizliyinə dair növbəti təlim keçirib
Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə sektorunda fəaliyyət göstərən qurumlarda informasiya təhlükəsizliyinin qorunması və xarici təhlükələrə qarşı mübarizə yollarına həsr olunmuş “Maliyyə sektorunda təhlükəsizlik və İT təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi” mövzusunda təlim keçirib.
Təlimdə 20 bank və 6 sığorta şirkətinin təhlükəsizlik üzrə məsul şəxsləri iştirak edib.
Tədbirdə Palatanın mütəxəssisləri tərəfindən bank hesablarının və digər konfidensial məlumatların xaker hücumlarından qorunması, son zamanlar geniş yayılmış kriptoviruslarla mübarizə qaydaları, İT infrastrukturunun monitorinqi üçün informasiya təhlükəsizliyinin idarə olunması sistemi (SIEM), spam və ondan müdafiə yolları və digər mövzular barədə təqdimat nümayiş etdirilib.
Təlimdə həmçinin informasiya texnologiyaları təhlükəsizliyi üzrə mövcud təcrübə, problemlərin aradan qaldırılması və yeni həllər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















