Dollar ilə bağlı önəmli məlumatlar açıqlandı
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.
“Marja” xəbər verir ki, 2018-ci ilin Feval ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 313 min məşğulluq yaradıb. Məşğulluğun 200 min artacağı gözlənirdi. Bundan əvvəl, Yanvarda məşğulluğun 200 min nəfər artdığı açıqlanmışdı.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Fevralda işsizlik göstəricisi isə 4,1% -də qalıb. İqtisadçılar işsizliyin 4.0%-ə düşəcəyini gözləyirdilər. Yanvarda ABŞ-da işsizlik 4,1% təşkil etmişdi.
ABŞ-da Fevralda orta saatlıq maaşlar illik müqayisədə 2,6%, aylıq müqayisədə 0,1% artıb. Proqnozlar müvafiq olaraq 2,8% və 0,2% idi.
Saatlıq maaşlar yüngül geriləyib. Belə ki, saatlıq maaşlar Yanvarda illik müqayisədə 2,8%, aylıq müqayisədə 0,3% artmışdı.
Məlumatın açıqlanmasından sonra, Dollar Avro qarşısında cüzi bahalaşıb (saat 17:39-da Avro/Dollar məzənnəsi 1.2295 dollar olub). Məşğulluq proqnozdan çox artsa da, maaşların artması gözləntiləri qarşılamayıb.
Eyni zamanda, Yanvar ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 200 mindən 239 minə, Dekabr ayının göstəricisi 160 mindən 175 minə dəyişdirilib.
Məşğulluq və əməkhaqqı göstəriciləri Fed-in faiz artımları baxımından əhəmiyyət kəsb edir.
Bugünkü məlumat, məşğulluq bazarının güclü qalmağa davam etdiyini və iqtisadi artımı dəstəkləməyə davam edəcəyini göstərib. Fed böyük ehtimalla Mart ayının 21-də başa çatacaq iclasında faiz artıracaqdır.
2018-ci il ərzində Fed-in 3 əvəzinə 4 faiz artırıb-artırmayacağı maraqla izlənir.
Moody'sin analitiki Ryan Sweet "maaşların sürətlənməsi üçün hər şey uyğundur, ancaq bu vaxt alacaq" şərhini edib.
Maaşların istənilən səviyyələrdə artmaması inflyasiyanı sürətləndirmir. İnsanların maaşları daha çox artmadığından, çox da xərcləmirlər. Əgər maaşlar gələn aylarda daha sürətli artarsa, insanlar xərclərini də artıracaq və bu inflyasiyanı sürətləndirəcəkdir. Beləliklə, Fed-in daha çox faiz artıracağı ehtimalı güclənəcəkdir. Çünki Fed inflyasiyanın 2%-ə çatmasını, amma daha çox yüksəlməsini istəmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





