Narkoloji Mərkəzdə yanğın qəsdən törədilib, bir nəfər həbs edilib - RƏSMİ
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.
Məlumatda deyilir: "Xəbər verilidiyi kimi, 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində coxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Fakt üzrə dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, həmçinin təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.
Görülmüş tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.
Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.
Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.
Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.
Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nəticələri barədə əlavə məlumat veriləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 47 d. əvvəl
-
-
58 d. əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
3 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 25-də gözlənilən hava şəraiti
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
























