Karqo böhranı dərinləşir
"Türkiyədən karqo daşımaları həyata keçirən şirkətlər yüklərin Azərbaycana daşınması üzrə sifarişləri qəbul etmirlər".
Bunu "Marja"ya "Binə" ticarət mərkəzində topdansatış ilə məşğul olan mağazanın sahibi bildirib.
"Bütün karqolar İstanbulda mal qəbul etmirlər. Bir aydan çoxdur mal gətirə bilmirik. Azərbaycana karqo daşımaları ilə məşğul olan ən böyük şirkətlər "Polar Kargo" və "Şah Kargo" şirkətləridir. Bu şirkətlər də mal qəbul etmirlər. İlk öncə 1 kq mal üçün 5 dollar ödəniş istədilər, sonrdan sifarişdən imtina edib malları gətirə bilməyəcəklərini dedilər".
Sahibkar bildirir ki, gəzən şaiyəyə görə, bazarda hər kəs malı öz adına gətirməli və gömrük rəsmiləşdirilməsini də özü həyata keçirməlidir:
"Belə olan halda 36% vergi alınacaq və əlavə daşıma üçün də ödəniş etməliyik. Bu hal baş verərsə birinci bazar özü qanuni vergiləri ödəməlidir. Çünki bazar sahibkarlara ödədikləri pul qarşılığında heç bir sənəd təqdim etmir".
Digər bir fiziki şəxs "Marja"ya yazır:
"Problem davam edir. "Polar Kargo"dan gözlədiyim karqonu 28 gündür ala bilmirəm. Şirkətə dəfələrlə müraciət etmişəm. Mənə şirkətdən "TIR-larımız hamısı gömrükdədir, çıxarda bilmirik" cavabını verirlər. Fərdi olaraq verdiyim sifariş 28 gündür gömrükdədir. Gözləyən tək məştəri mən deyiləm. Nə vaxt mallarımızı ala biləcəyimiz barədə də bir tarix demirər".
Məsələ ilə əlaqədar "Şah Kargo" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən ilk öncə "Rəhbərliyin qərarını gözləyirik" şəkilində cavab verilsə də, daha sonra telefonu alan digər bir şəxs "Heç bir problem yoxdur, əvvəki qiymətlər ilə və qaydada sifarişləri qəbul edirik"- deyə bildirdi.
Bir müddət əvvəl Türkiyədən Azərbaycana karqo daşımaları həyata keçirən "Polar Kargo" şirkətindən "Marja"ya bildirilmişdi ki, Azərbaycan gömrüyü gömrük rəsmiləşdirilməsi üçün yeni qaydada ödənişlər tələb edir. Bu səbəbdən karqo qiymətlərinin qalxacağı gözlənilir.
Qeyd edək ki, karqo daşımaları ilə məşğul olan şirkətlər gömrük rəsmiləşdirməsini də özləri həyata keçirərək, malı qapıda müştəriyə təhvil verirlər. Bu fəaliyyətin qanunsuz olduğunu bildirənlər də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 8 d. əvvəl
-
11 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
14 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
15 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
38 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
-
47 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Ən çox oxunanlar
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Azərbaycan neftinin son qiyməti
























