Gəncədə yöndəmsiz evlər söküləcək, yeni yaşayiş binaları tikiləcək
10 ədəd 9 yüksəkmərtəbəli binanın ən yaxşı layihəsi üçün memarlar arasında müsabiqə elan olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərsalma ilə bağlı keçirdiyi görüşdə bu haqda memarlarla müzakirələr aparıb.
"Marja"nın məlumatına görə, icra başçısı bildirib ki, Gəncə şəhərində sıxlığın aradan qaldırılması, yöndəmsiz evlərin sökülməsi məqsədi ilə xüsusi plan hazırlanır.
Bu plana uyğun olaraq söküləcək evlərin yerində iki bloklu hündür mərtəbəli binalar inşa olunacaq. Binaların alt hissəsində avtomobil dayanacı, bir və ikinci mərtəbələrində alış-veriş mərkəzi, digər mərtəbələrində isə mənzillər yerləşəcək.
Şəhərin Nizami prospektinin 50 metr enində genişləndirilməsi zamanı yolun eninə uyğun olaraq Gəncəçayın üzərindəki körpü də yenidən qurulacaq. Ümumilikdə 1,5 km məsafədə sıxlığın aradan qaldırılması nəzərdə tutulub. Layihə çərçivəsində Gəncədə sosial təyinatli obyektlər də inşa olunacaq.
Şəhər rəhbəri bildirib ki, qədimliyi qoruyub saxlamaqla Gəncənin müasirləşməsinə, gözəlləşməsinə xidmət edəcək layihə çərçivəsində Qəmbər Hüseynli küçəsindən Əttarlar küçəsinədək Nizami prospektinin sağ tərəfində tikiləcək 10 ədəd 9 yüksəkmərtəbəli binanın ən yaxşı layihəsi üçün memarlar arasında müsabiqə elan olunub. Ən yaxşı layihə təqdim edən memara qiymətli mükafat nəzərə tutulub.
Yeni inşa olunacaq binalarda öncə 150 nəfər evi söküləcək ailələr yerləşdiriləcək. Digər mənzillər isə ipoteka və kredit ilə mənzil sahibi olmaq istəyən vətəndaşlara satılacaq. Yeni layihənin həyata keçirilməsi Gəncədə nəqliyyat tıxacının qarşısının alınmasına da imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)








