Əks dollarlaşma davam edir
Əmanətlərdə əks dollarlaşma davam edib
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2017-ci ilin sonuna əhalinin (ev təsərrüfatlarının) banklardakı 7 milyard 561,2 milyon manat əmanətinin 5 milyard 28,3 milyon manatı və ya 66,5%-i xarici valyutada, 2 milyar 532,9 milyon manatı və ya 33,5%-i milli valyutada olub.
30 noyabr 2017-ci il tarixindəki banklardakı 7 milyard 370.6 milyon manat əmanətin 5 milyard 85,1 milyon manatı və ya 69%-i xarici valyutada, 2 milyard 285,4 milyon manatı və ya 31%-i milli valyutada olmuşdu.
2017-ci ilin əvvəlində xarici valyutada yerləşdirilmiş əmanətlərin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən yüksək idi.
Qeyd edək ki, əmanətlərdə milli valyutanın xüsusi çəkisinin artması əsasən il ərzində Manatda yerləşdirilən əmanətlərin artması hesabına baş verib. Xarici valyutada yerləşdirilmiş əmanətlər il ərzində böyük məbləğdə azalmayıb.
Dekabr ayında banklarda əhalinin əmanətləri 190,1 milyon manat artaraq 7 milyard 370.6 milyon manatdan 7 milyard 561.2 milyon manata yüksəlib.
Dekabr ayında milli valyutada olan əmanətlər 247,5 milyon manat artmış, xarici valyutada olan əmanətlər isə 56,8 milyon manat azalıb.
“Fitch” beynəlxalq reytinq agentliyi qarşıdakı 2 il ərzində dolların manata nisbətən məzənnəsinin dəyişməyəcəyini və 1,70 manat səviyyəsində qalacağını proqnozlaşdır.
“Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2018-ci ildə Dolların məzənnəsi orta hesabla 1,70 manat təşkil edəcəkdir. 2019-2021-ci illərdə isə manat dollar qarşısında ucuzlaşacaqdır. Agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsində artım müşahidə olunacaq. Xüsusilə 2019-cu ildə orta məzənnənin 1,79 manata, 2020-ci ildə 1,87 manata, 2021-ci ildə 1,97 manata səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 12 d. əvvəl
- 19 d. əvvəl
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
12 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kərə yağı idxalı azalıb, bitki yağlarının idxalı isə artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Ən çox oxunanlar
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb







.jpg)












.jpg)




