Kritik məlumatlar açıqlandı - DOLLAR BAHALAŞDI
ABŞ-da kənd təsərrüfatı xaricində məşğulluq Yanvarda 200 min artaraq proqnozu aşıb.
Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik nisbəti açıqlandı.
“Marja” ABŞ Əmək Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, 2018-ci ilin Yanvar ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 200 min artıb. Məşğulluğun 184 min artacağı gözlənirdi.
Beləliklə, açıqlanan fakt proqnozu üstələyib.
Yanvarda işsizlik nisbəti 4,1%-də qalıb. Bu, 2000-ci ildən bəri ən aşağı səviyyədir. Dekabrda da işsizlik 4,1% təşkil etmişdi.
Yanvarda orta saatlıq maaşlar 2017-nin Dekabr ayı ilə müqayisədə 0,3% artıb. Proqnoz da 0,3% idi.
Orta saatlıq maaşlar illik (2017-cı ilin Yanvar ayı ilə müqayisədə) 2.9 faiz artaraq, 2009-cu ildən bu yana ən güclü yüksəlişini qeyd edib.
Proqnozları qarşılayan məlumatlar açıqlandıqdan sonra Dollar bahalaşmağa başlayıb. Bakı vaxtı ilə saat 19:05-ə olan məlumata görə, Dollar Avro qarşısında 0,7% dəyər qazanıb. Məzənnə 1.2427 səviyyəsinə geriləyib. Səhər saatlarında Avro/Dollar məzənnəsi 1.25 səviyyəsinin üzərində idi.
Dollar indeksi də 18:05-də 0.6% artımla 89.22 bəndə qalxıb.
Dolların bahalaşması ilə də əlaqədar olaraq Brent nefti də təxminən 2% ucuzalaşaraq 68,35 dollara düşüb.
Analitiklər bildirirlər ki, məşğulluq artımındakı müsbət trend Fed-i Mart ayında faiz artırmağa cəsarətləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)





