Beynəlxalq Bankın özəlləşdirilməsi üçün görüləcək işlər açıqlanıb
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov, Bankın özəlləşdirilməsi prosesinin nə vaxt başlayacağı barədə ipucları verib.
"Bu, menecmentin səlahiyyətindən kənar məsələdir. Biz öz “ev tapşırıqlarımıza” cavabdehik" deyən X.Əhədov sözlərinə belə davam edib:
"İndi bankın audit hesabatı hazırlanır, doğrudur, ötən il üzrə göstəricilərimizi və mənfəətimizi elan etmişik. Amma indi bunu auditorlar təsdiqləməlidirlər, ötən ilin auditi bitməlidir. Bundan başqa, hazırda xarici məsləhətçi seçimi üzrə işlər gedir. Xarici məsləhətçi bank üçün özəlləşdirmə strategiyası hazırlayacaq, sonra bu strategiyanın təqdimatları keçiriləcək. Bu zaman hökumət müəyyən edəcək ki, o hansı növ investorların cəlbində maraqlıdır, biz də biləcəyik ki, kimə hədəflənməliyik və s. Təqdimatlarda bankın performansları, strategiyası, komandası, aktivləri və s. – yəni, “sərmayə hekayəsi” barədə ətraflı məlumatlar əksini tapacaq. Ondan sonra isə özəlləşdirməyə cavabdeh orqan məsləhətçi seçəcək, məsləhətçi bankı qiymətləndirəcək, sonra danışıqlar aparılacaq".
Xalid Əhədov əlavə edib ki, ABB Azərbaycan dövlətinin mülkiyyətidir və qanunvericiliyə görə, bankın özəlləşdirilməsi prosesinə cavabdeh olan dövlət orqanı - Əmlak Məsələləri Dövlət Komitəsidir:
"Dövlətin adından bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirən orqan isə Maliyyə Nazirliyidir. Siz dövlət rəsmilərimizin bankın özəlləşdirilməsinə hazırlıq barədə açıqlamaları ilə tanış olmusunuz. Özəlləşdirilmədən əvvəl isə bizim “home work”umuz, “ev tapşırıqlarımız” var. Bu tapşırıqlardan biri bankın balansının gücləndirilməsi, yəni maliyyə sağlamlaşdırılması idi".
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
22 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























