“AccessBank” 303 milyon manat borc qaytarıb
“AccessBank” QSC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, ötən il “AccessBank” 102 milyon 475 min manat faiz gəliri əldə edib. Bank qeyri-faiz əməliyyatları üzrə 14 milyon 754 min manat zərər edib. Nəticədə Bankın cəmi gəliri 87 milyon 721 min manat təşkil edib. Bankın 130 milyon 413 min manat faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 42 milyon 692 min manat xalis əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 milyon 688 min manat ayırılması ilə Bankın zərəri 56 milyon 380 min manata çatıb.
2016-cı ildə “AccessBank”ın cəmi gəlirləri 172 milyon 117 min manat, o cümlədən faiz gəlirləri 135 milyon 512 min manat, qeyri-faiz gəlirləri 36 milyon 605 min manat təşkil etmiş, 138 milyon 447 min manat faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 33 milyon 670 min manat xalis əməliyyat mənfəəti qalmışdı. Lakin bank ehtiyatlara böyük məbləğdə ayırma etdiyindən həmin ili 90 milyon 223 min manat zərər ilə başa vurmuşdu.
31 Dekabr 2017-ci il tarixində “AccessBank”ın cəmi aktivləri 844 milyon 821 min manat, cəmi öhdəlikləri 775 milyon 958 min manat, cəmi balans kapitalı 68 milyon 863 min manat təşkil edib.
31 Dekabr 2016-cı il tarixində “AccessBank”ın cəmi aktivləri 1 milyard 58 milyon 871 min manat, cəmi öhdəlikləri 1 milyard 6 milyon 411 min manat, cəmi balans kapitalı isə 52 milyon 460 min manat təşkil etmişdi.
Ötən ilin sonunda “AccessBank”ın xalis kredit və lizinq portfeli 503 milyon 503 min manat təşkil edib. 2016-cı ilin sonunda bu rəqəm 598 milyon 794 min manat idi.
Bankın depozit portfeli illik müqayisədə 284 milyon 846 min manatdan 399 milyon 815 min manata yüksəlib.
BORCLARINI QAYTARIR
Ötən il, “AccessBank” Mərkəzi Banka olan 30 milyon manat borcundan 20 milyon manatını qaytarıb. Həmçinin digər maliyyə müəssisələrindən (banklardan başqa) alınmış kreditlər 2016-cı ilin sonundakı 511 milyon 151 min manatdan 242 milyon 569 min manata, Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri isə 79 milyon 681 min manatdan 64 milyon 427 min manata düşüb. Təkcə bu 3 istiqamət üzrə Bankın borcu 303 milyon 836 min manat azalaraq 2016-cı ilin sonundakı 620 milyon 832 min manatdan 316 milyon 996 min manata düşüb. Qeyd edək ki, “AccessBank” devalvasiyadan əvvəlki illərdə xaricdən yerli biznesi maliyyələşdirmək üçün kreditlər cəlb etmişdi.
Dünən “AccessBank” açıqlama yayaraq bildirib ki, 2017-ci ilin 4-cü rübündən etibarən bankın verdiyi kreditlər artmağa başlayıb. Son rübdə Bankın faiz gəlirləri də artıb.
SƏHMDARLARI KAPİTALI ARTIRMAĞA HAZIRLAŞIR
Bankın İdarə Heyətinin sədri Rolf Reyxardt maliyyə göstəricilərini şərh edərkən bunu bildirib: "Mövcud iqtisadi durumda investorlar bankın inkişafını müsbət dəyərləndirir və kapital artımına hazırlaşırlar. "AccessBank" 2018-ci ilə olduqca pozitiv yanaşır. İl ərzində bank maliyyə dayanıqlılığını daha da artırmağı, bazardakı mövqeyini gücləndirməyi planlaşdırır. Əsas prioritetlərimiz bundan sonra da yerli sahibkarlara hərtərəfli dəstək vermək, rəqəmsal bankçılığın əhatə dairəsini genişləndirilmək və müştəri məmnuniyyətini və etimadını artırmaq olacaq".
"AccessBank"ın səhmləri 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
2 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
2 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir












.jpg)







