“Amrahbank” maliyyə vəziyyətini açıqladı
“Amrahbank” ASC 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” xəbər verir ki, ötən il Bankın faiz gəlirləri 12 milyon 889 min manat, qeyri-faiz gəlirləri 10 milyon 233 min manat təşkil edib. Faiz, qeyri-faiz xərcləri və ehtiyatlara ayırma çıxıldıqdan sonra Bankın 7 milyon 104 min manat əməliyyat gəliri yaranıb. 15 milyon 704 min manat əməliyyat xərci, bankın ötən ili 8 milyon 601 min manat zərər ilə bağlamasına səbəb olub.
“Amrahbank” ötən il kreditlər üzrə ehtimal olunan zərər görə yaradılan ehtiyata 3 milyon 633 min manat ayırıb. Bu, 2016-cı illə müqayisədə 3,4 dəfə azdır.
2016-cı ildə “AmrahBank”ın faiz gəlirləri 24 milyon 688 min manat, qeyri-faiz gəlirləri 9 milyon 606 min manat təşkil etmişdi. Həmin il ehtiyatlara 12 milyon 538 min manat ayıran “Amrahbank” 6 milyon 667 min manat əməliyyat gəliri əldə etmişdi. Əməliyyat xərcləri isə gəlirdən yüksək - 15 milyon 90 min manat olduğundan “AmrahBank” 2016-cı ili 8 milyon 422 min manat zərər ilə başa vurmuşdu.
31 Dekabr 2017-ci il tarixində “Amrahbank” 204 milyon 770 min manat cəmi aktivlərə, 159 milyon 706 min manat cəmi öhdəliklərə və 45 milyon 64 min manat cəmi səhmdar kapitalına malik olub.
31 Dekabr 2016-cı il tarixində “Amrahbank” 257 milyon 629 min manat cəmi aktivlərə, 202 milyon 844 min manat cəmi öhdəliklərə və 54 milyon 784 min manat cəmi səhmdar kapitalına malik idi.
Ötən ilin sonunda “Amrahbank” 44 milyon 447 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)




