Bakıda keçiriləcək konfransda maliyyə-texnoloji şirkətlərin çıxışları gözlənilir

Bakıda keçiriləcək “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda olan “Beynəlxalq Bankçılıq Sərgi-Konfransı”da dünya maliyyə-texnoloji şirkətlərinin çıxışları gözlənilir.
Bu ilin 17-18 aprel tarixində Bakıda keçirilən “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda olan “Beynəlxalq Bankçılıq Sərgi-Konfransında” dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar.
Tədbir çərçivəsində 30-a yaxın innovativ bank və maliyyə xidmətləri təklif edən şirkətlərdən olan spikerlərin və regional bankların rəhbər şəxslərinin çıxışları gözlənilir.
Belə ki, Azərbaycanın maliyyə bazarına yaxın olan Rusiya və Türkiyənin uğurlu bank-biznes modelləri, habelə çağdaş dünyada maliyyə-bankçılıq sahəsində əldə olunmuş ən son yeniliklər və İT həllər ilə tanış olmaq imkanı qazanacaq. Konfransın gündəliyi FinTech (maliyyə texnologiyaları),avtomatlaşdırma, rəqəmsal təhlükəsizlik, korporativ bankçılıq, rəqəmsal bazarda bank filialları və müştəriyə yönəlmiş bankçılıq kimi mövzuları əhatə edəcək. Sözü gedən çıxışlara SWIFT, VISA, UnionPay, Ubiq Innovations, Capital Banking Solutions şirkətinin rəhbər şəxslərinin məruzələri də əlavə edilib.
Mariana Yansen - SWIFT Avropa və Afrika regionları üzrə bazar təşəbbüsləri.
SWIFT — beynəlxalq banklararası ödəniş sistemidir. 200 dən çox ölkədə 11 mindən çox bank və maliyyə təşkilatlarını birləşdirir.
SWIFT ödəniş sistemi dünya ictimaiyyətində ən çox istifadə edilən banklararası ödəniş sistemidir. SWIFT-in populyarlığı bir sıra etibarlı və təhlükəsiz ötürülmələr və məsafədən asılı olmayaraq mesajların aşağı qiyməti, mesajların ən sürətli ötürülməsi (bir neçə dəqiqə ərzində), məlumatların işlənməsinin avtomatlaşdırılmasıdır.
Larisa Makarova - VİSA MDB və Cənub-Şərqi Avropada Risk Xidmətlərinin Direktoru
VİSA beynəlxalq ödəmə sistemidir. Visa ödəmə kartları dünyanın 200 dən çox ölkəsində xidmət olunur. Şirkət innovativ ödəmə məhsulları və texnologiyalarının inkişafında əhəmiyyətli rol oynayır
Zhang Chengdong - UnionPay Asiya və Qafqaz Regional İdarəsi. UnionPay-dünyanın 162 dən çox olkəsində xidmət olunan ən böyük beynəlxalq ödəmə sistemlərindən biridir.
Mişel Kilzi - UbiQ International-ın baş icraçı direktoru, ticarətin maliyyələşdirilməsinə yönəldilmiş, dövriyyə kapitalın optimallaşdırmasında maliyyə texnoloji ekspert.
UbiQ innovasiya şirkəti maliyyə texnoloji həllərin hazırlanması və tətbiqi sahəsində fəaliyyət göstərir. Həmçinin UniQ innovasiya şirkəti PrimeRevenue platformasının yaxın şərq və Türkiyə regionu üçün yeganə nümayəndəsidir.
Şirkət öz müştərilərinə dövriyyə kapitalı və debitorlar üzrə müxtəlif müasir həllər təkllif edir. Həmçinin şirkət maliyyə konsaltinq sahəsində yüksək peşəkar partnyorları ilə xidmətlərini təklif edir.
Yaxın Şərq və Türkiyə şirkətlərinə, texnologiya daxil olmaqla, unikal və yenilikçi həllər təqdim edərək, kapital və maliyyə sahəsində öz fəaliyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır.
UbiQ şirktinin təklif etdiyi platformalar və iş sahəsindəki məsləhət xidmətləri müəssisələrə tədarük zəncirindəki üstün maliyyə göstəricilərini təmin etmək üçün lazımi nəzarət və çevikliyi təmin edir və bununla da təchizat zənciri boyunca xərcləri, kapital və riskləri azaldır və təchizatçılarla daha sıx əlaqələr təmin edir.
Dimitris Petrilis - Avropa üzrə satış və marketinq rəhbəri
Capital Banking Solutions, Avropada, Afrika, Yaxın Şərq və Amerika daxilində biznes üçün vahid bank proqramının aparıcı provayderidir. Şirkət pərakəndə, korporativ və fərdi bankçılıq, eləcə də maliyyə institutları üçün vahid və modul məhsulları təklif edir. Capital Banking Solutions, zəngin bankçılıq təcrübəsini yenilikçi, proqram təminatı sistemləri və peşəkar xidmətlərin geniş portfeli ilə birləşdirərək, yüksək keyfiyyətli standartlara cavab verən tam xidmət həllərini təmin edir.
Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq.
Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.
Tədbir barədə ətraflı məlumatı www.dbs-conference.org saytından əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
14 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
16 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 16 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
