Moody's Beynəlxalq Bankın reytinqlərini yüksəltdi
Moody’s Beynəlxalq Reytinq Agentliyi 26 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib.
Beynəlxalq Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bankın xarici və yerli valyutada olan uzunmüddətli reytinqləri Caa1 səviyyəsindən B3 səviyyəsinə qaldırılıb. Baza kredit qiymətləndirilməsi (BCA) caa3 pilləsindən caa2 pilləsinə, qarşı tərəf uzunmüddətli risk qiymətləndirilməsi isə B3(cr) pilləsindən B2(cr) pilləsinə yüksəlib. Bankın uzunmüddətli depozit reytinqləri pozitiv proqnozla dəyərləndirilib.
Agentliyin yeni reytinqlərlə bağlı şərhində bu müsbət dəyişikliklərin Azərbaycan Beynəlxalq Bankının aktiv və öhdəliklərinin restrukturizasiyasının nəticələrini əks etdirdiyi bildirilib.
Bankın kapital mövqeyinin güclənərək müəyyən edilmiş normativ tələblər səviyyəsini ötməsi, problemli aktivlərin ötürülməsi nəticəsində kredit portfelinin keyfiyyətinin yaxşılaşması da qeyd edilib.
Eyni zamanda, bildirilib ki, verilən dövlət dəstəyi ilə yanaşı, bank tərəfindən xərclərinin optimallaşdırılması və gəlirliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər onun mənfəətliyini də bərpa edib.
Agentliyin rəyində vurğulanıb ki, görülmüş tədbirlər nəticəsində bankın birinci dərəcəli kapitalının adekvatlıq əmsalı 20,8%-ə yüksəlib, kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbəti (Tangible Common Equity to RWAs) əmsalı isə 16.8% təşkil edib. Bununla Azərbaycan Beynəlxalq Bankı MDB məkanında ən yaxşı kapital göstəricisinə malik banklardan biri olub.
Rəydə o da qeyd olunub ki, gələcək inkişaf göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə bankın reytinqləri yenə yüksəldilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 12 d. əvvəl
-
- 32 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"






.jpg)




.jpg)





