VTB (Azərbaycan) "Express Pay"ə qoşuldu
Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər
Bankın yaydığı məlumata görə, VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün daha bir ödəniş terminalları sistemi – Express Pay sisteminə qoşulub ki, bu da müştərilərə bankın ofislərinə gəlmədən kredit ödənişlərini etməyə imkan verəcək. Bunun üçün Express Pay terminallarındakı Banklar bölməsində VTB (Azərbaycan)-ı seçmək lazımdır. Bundan sonra 3 parametrdən birini daxil etmək tələb olunur:
-Müştərinin Pinkodu
-Kredit müqaviləsinin nömrəsi
-Kredit kartının son 6 rəqəmi
Daha sonra ödənişi etmək olar. Əməliyyat başa çatdıqda müştəri ödənişini təsdiqləyən qəbz alır. Terminal vasitəsi ilə istənilən krediti ödəmək mümkündür. Kredit üzrə ödəniş yalnız manatla həyata keçirilir (dollar kreditləri manat ekvivalentində ödənilir).
Express Pay terminalları ilə ödənişi istənilən vaxt etmək mümkündür. Saat 17.00-dan sonra və ya qeyri-iş günlərində olunan ödənişlər növbəti iş günündə hesaba köçürülür.
Beləliklə, hazırda “Е-manat”, “Milli-Ön”, “Easy Pay”, “ExpressPay” ödəniş terminalları, eləcə də www.hesab.az, www.e-pul.az, www.kassam.az onlayn sistemləri kimi ödəniş kanalları VTB (Azərbaycan) müştərilərinin ixtiyarındadır. Bundan başqa müştərilər ödənişləri VTB Online və VTB Mobile internet və mobil bank vasitəsi ilə də həyata keçirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)



















