ABŞ-da federal hökumət yenə "bağlanmaq" həddinə gəldi
Son məlumata görə, ABŞ Nümayəndələr Palatası, ölkədəki federal qurumların maliyyə çatışmazlığı səbəbindən 19 Yanvar Cümə gecəsi "bağlanmasının" qarşısını alacaq dördüncü büdcə layihəsini təsdiq edib.
Layihənin Senatdan keçib keçməyəcəyi isə qeyri-müəyyənlidir.
Müvəqqəti büdcə, Nümayəndələr Palatasında 197-yə qarşı 230 səslə qəbul edilib.
Demokratların demək olar ki, hamısının müxalif qaldığı müvəqqəti büdcəyə, 11 Respublikaçı nümayəndənin də "xeyr" deməsi diqqəti çəkib.
XXX
ABŞ-da federal hökumət bir daha büdcə böhranı səbəbilə "bağlanmaq" təhlükəsilə qarşı-qarşıya gəlib. Federal dövlət orqanlarının fəaliyyətini davam etdirməsini təmin edən üçüncü müvəqqəti büdcənin müddəti 19 Yanvarda başa çatacaqdır.
"Marja" xəbər verir ki, Respublikaçılar və Demokratlar, federal hökumətin müvəqqəti olaraq "bağlanmasına" saatlar qalmasına baxmayaraq büdcə məsələsində razılığa gəlməyiblər. Məsələ, başda dövlət işçiləri olmaqla xalqı narahat edir.
Tərəflər arasında fikir ayrılığı, ABŞ-a uşaq yaşda gələn miqrantların qorunmasını təmin edən DACA (Deferred Action for Childhood Arrivals) adlı proqrama görə yaranıb.
Demokratlar, müvəqqəti büdcədə, DACA proqramındakı təxminən 800 min miqrantın ölkədə qanuni olaraq qalmalarını təmin edəcək maddə olmaması halında layihəni dəstəkləməyəcəklərini açıqlayıblar. ABŞ Prezidenti Donald Trump və Respublikaçılar Partiyası isə müvəqqəti büdcənin DACA məsələsində güzəşt olmadan keçməsini istəyir.
ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar, bu çərçivədə DACA proqramının uzadılmasından ibarət müvəqqəti büdcə layihəsini gün ərzində səsverməyə təqdim etməyi planlaşdırır. Sözügedən büdcə layihəsinin Nümayəndələr Palatasından sonra ABŞ Senatından da keçməsi lazımdır, ancaq Respublikaçılar Senatda yetərli səsə malik deyil.
100 yerlik Senatda 51 Respublikaçı, 47 Demokrat və 2 müstəqil üzv var. Büdcənin Senatdan keçməsi üçün 60 "bəli" səsi lazımdır.
TRUMP: "DEMOKRATLAR HÖKUMƏTİN BAĞLANMASINI İSTƏYİR"
ABŞ Prezidenti Donald Trump, mövzu ilə bağlı açıqlamasında federal hökumətin büdcə böhranı səbəbilə bağlanmasından Demokratların məsuliyyət daşıyacağını bildirib.
Trump, "Demokratlar hökumətin bağlanmasını, vergi güzəştlərinin gündəmdən düşməsi üçün istəyirlər. Demokratlar daxil olmaqla heç kim vergi güzəştlərinin bu qədər yaxşı olacağını düşünmürdü" deyib.
24 MİLYARD DOLLARA BAŞA GƏLMİŞDİ
Federal maliyyə ilinin 1 Oktyabrında başlayıb 30 Sentyabrda başa çatdığı ABŞ-da hər il baş verən büdcə böhranları, hökumətin sonuncu dəfə 2013-ci ildə olmaqla cəmi 12 dəfə bağlanmasına səbəb olub.
Konqresin büdcə üzərində razılığa gəlmədiyinə görə, 1-17 Oktyabr 2013 tarixləri arasında fəaliyyətlərinə fasilə vermək məcburiyyətində qalan federal müəssisələrdə işləyən təxminən 800 min dövlət işçisi 16 gün ərzində işlərinə getməyib, minlərlə nəzarətçi, polis və sərhəd nəzarəti məmuru pul almadan çalışmışdı.
Ölkə iqtisadiyyatına 24 milyard dollara başa gəlmiş proses, Demokratlar və Respublikaçıların razılığa gəlmələrindən sonra 17 Oktyabrda başa çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
4 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
4 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
4 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
5 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)





.jpg)









