Bakının ada qəsəbəsində yeni yaşayış binaları tikilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 avqust 2017-ci il tarixli sərəncama uyğun olaraq, Pirallahı rayonunda Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi və qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni çoxmənzilli binaların tikintisi nəzərdə tutulub.
Rayon İcra Hakimiyyətindən "Marja"ya daxil olmuş məlumata görə, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində yeni yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidə şaquli planlaşdırma aparılmış, 3 ədəd binanın bünövrə çalasının qazılması tamamlanmış, bünövrəsinin betonlama işləri aparılmış və 1-ci binada 1-ci mərtəbənin tikintisinə başlanılmışdır. Hazırda tikinti-quraşdırma işləri davam etdirilir.
Həmçinin RİH-nin inzibati binasında da tikinti işləri davam etdirilir, inzibati binanın fasadının keramoqranit ilə üzlənməsi işləri görülür. Plastik pəncərələrin quraşdırılması işləri tamamlanmış və otaqlarda asma tavanın vurulması işləri aparılır. Kommunikasiya xətlərinin çəkilməsi davam etdirilir. Heydər Əliyev Mərkəzində də tikinti-quraşdırma işləri aparılır. Binanın daxilində divarların suvanılması işləri görülür.
Pirallahı rayonunun eyni adlı qəsəbəsi Xəzər dənizində ada olduğu üçün dörd tərəfdən su ilə əhatə olunmuşdur, sahil boyu uzunluğu 23-40 km-ə qədərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)






