Lənkərandan xarici bazarlara çıxarılacaq
Cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi təsərrüfat sahəsi olan çəltikçiliyə maraq daha da artıb.
Ötən il Lənkəranda çəltik emalı zavodu açılıb. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə indi tam gücü ilə fəaliyyət göstərərək məhsul istehsalçılarının işini daha da asanlaşdırıb. Lənkəran çəltik emalı zavodu gündəlik 10 ton emal və 20 ton qurutma gücünə malikdir.
Müasir texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmədən əkinçiliyin bütün sahələrində olduğu kimi, çəltikçilikdə də uğur qazanmaq mümkün deyil. Bu baxımdan müəssisə düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən yararlanır.
Girdəni və Siyavar kəndlərində əvvəllər əl əməyindən istifadə edilərək gündə 0,50 hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün də iqtisadi baxımdan səmərəlidir.
Zavoda düyü təhvil verənlərdən biri də təsərrüfatçı Sərdar Səttarovdur. “Ötən il 2 hektar sahədə ilk dəfə çəltik əkmişdim. Məhsuldarlıq çox yaxşı oldu. Əldə etdiyimiz məhsulu çəltik emalı zavoduna təhvil verdik. Hər kəs bilir ki, yerli “Haşimi” düyüsü özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. Buna görə də yaxşı qiymətə satılır”, - deyə o bildirib.
İstər daxili, istərsə də xarici bazarlarda ekoloji cəhətdən təmiz düyüyə böyük ehtiyac var. Bunu çəltik emalı zavodunun direktoru Emin Cəbizadə də təsdiqləyir: “Lənkəranda istehsal edilən düyüyə böyük tələbat var. Emal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmaq üçün danışıqlar aparırıq. Yaxın gələcəkdə Lənkəran düyüsü bir çox xarici ölkə bazarlarına çıxarılacaq.”
Qeyd edək ki, zavodun aylıq emal gücü 300 ton, düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub.
Müəssisənin ərazisində, həmçinin hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması da planlaşdırılıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 d. əvvəl
- 20 d. əvvəl
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Rəsmi məzənnələr açıqlandı
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...




.jpg)
.jpg)









.jpg)








