Azərbaycanda Coca-Cola-nın satışları kəskin artıb
"Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. CCI şirkəti Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir. "Azərbaycan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır.
"Marja" "Coca-Cola İçecek AŞ"yə istinadən xəbər verir ki, ötən il şirkətin Orta Asiyada cəmi satışları, Qazaxıstan və Azərbaycandakı güclü satışlar ilə əlaqədar olaraq 7 faiz artıb.
Maliyyə böhranından sonra Qazaxıstanda satışlar 17,5% artım ilə indiyə qədərki ən yüksək rəqəmə çatıb.
Regionda ən böyük ikinci bazar olan Azərbaycanda isə, qazlı içkilər kateqoriyasında güclü artım ilə cəmi satışlar 27,2 faiz artım qeyd edib. Türkmənistanda satış həcmi isə, makroiqtisadi mühitdəki yavaşlama və digər problemlər ilə bağlı olaraq 45,8 faiz geriləyib.
Ötən ilin son rübündə isə şirkətin Azərbaycanda satış həcmi 34,7 faiz artım qeyd edib.
Ötən il "Coca-Cola İçecek AŞ"nin cəmi satışları 4,1 faiz artıb. Şirkətin qazlı içkilər satışında 3,3 faiz, qazsız içkilərdə 8,5 faiz və çay kateqoriyalarında 20,9 faiz artıma nail olarkən, su kateqoriyasının satış həcmi 3,2% azalıb. Türkiyə əməliyyatlarının ümumi satış həcmi içindəki payı 2016-ci ildə 51 faiz olduğu halda, 2017-ci ildə 50% olaraq reallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)







.jpg)







