Banklarda faiz əməliyyatlarının zərərliliyi azalır - ARAŞDIRMA
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan bankları 1 milyard 731,8 milyon manat məbləğində gəlir əldə etdikləri faiz əməliyyatlarına 796,1 milyon manat və yaxud gəlirin 46%-i qədər xərc çəkiblər.
Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bu nisbət yanvar-oktyabr aylarının yekununda 46,8%, yanvar-sentyabr aylarının yekununda 47,9%, yanvar-avqust aylarının yekununda isə 49,1% təşkil edib. Başqa sözlə, bankların faiz əməliyyatlarının zərərliliyi azalmaqdadır.
Ötən il sözügedən göstəricinin ən yüksək həddi yanvar ayının yekununda qeydə alınıb. Həmin ay Azərbaycan bankları faiz əməliyyatlarından əldə etdikləri 179,8 milyon manat gəlirin əvəzində 91 milyon manat (50,6%) xərc çəkiblər. Növbəti aylarda xərc-gəlir nisbəti gah azalıb, gah da artıb və nəhayət ki, son 3 ayın - sentyabr, oktyabr və noyabr aylarının yekununda azalan xətt üzrə davam edib.
Hesabat dövrü | Faiz gəlirləri (milyon manatla) | Faiz xərcləri (milyon manatla) | Zərərlilik |
Yanvar | 179,8 | 91,0 | 50,6% |
Yanvar-fevral | 348,8 | 170,6 | 48,9% |
Yanvar-mart | 512,9 | 253,7 | 49,5% |
Yanvar-aprel | 675,0 | 332,4 | 49,2% |
Yanvar-may | 839,7 | 407,5 | 48,5% |
Yanvar-iyun | 1 007,3 | 482,7 | 47,9% |
Yanvar-iyul | 1 145,6 | 559,1 | 48,8% |
Yanvar-avqust | 1 292,9 | 634,2 | 49,1% |
Yanvar-sentyabr | 1 437,3 | 687,8 | 47,9% |
Yanvar-oktyabr | 1 582,3 | 740,8 | 46,8% |
Yanvar-noyabr | 1 731,8 | 796,1 | 46,0% |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























