150-yə yaxın qayğıya ehtiyacı olan uşaq yeni bacarıqlar qazanıb
İncəsənət vasitəsilə ünsiyyət. “Bakcell Stars” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanlar yaradır
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətinin prioritet istiqamətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların yaradılması, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsidir.
Bakcell şirkətinin Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə uzun müddətdir ki, uğurla davam edən əməkdaşlığı çərçivəsində daha bir layihə - “İncəsənət Vasitəsilə Ünsiyyət” layihəsi başa çatıb. 2017-ci ilin əvvəlindən başlayaraq UAFA təşkilatının Xaçmaz, Gəncə və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində dram, rəqs, rəsm və yaradıcılıq dərnəkləri təşkil edilib. Layihə müddətində 150-yə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaq həmin dərnəklərdə yeni bacarıqlar qazanıb, bu bacarıqlarını müxtəlif tədbirlərdə nümayiş etdirməklə cəmiyyətin fəal və bərabərhüquqlu üzvü olduqlarını bir daha sübuta yetiriblər.
Yasamal İƏR mərkəzindəki Valideyn Birliyinin koordinatoru Zəhra Xələfova layihə ərzində dərnəklərdən 75 uşağın bəhrələndiyini bildirib: “Onların Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsində iştirakı çoxsaylı uğurlarımızdan biridir. Gəncə və Yasamal İƏR mərkəzlərinin rəsm və incəsənət dərnəklərindən bəhrələnən uşaqların çəkdiyi şəkillər bir kitabda toplanıb”.
Bundan başqa, Abdulla Şaiq adına Kukla Teatrının nəzdində “Oyuq” Uşaq Studiyası ilə birgə teatr, rəsm və rəqs dərnəklərin xidmətlərindən yararlanan uşaqların iştirakı ilə “Sehrli dünya” adli tamaşa təqdim edilib. Uşaqlar Səbail rayon İcra Hakimiyyəti və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “3 dekabr Beynəlxalq Əlillər Günü” münasibətilə keçirilən tədbirdə də müxtəlif rəqslərlə çıxış ediblər. Bütün bu uğurlar uşaqlar və onların ailə üzvlərinin həyatında xoş və yaddaqalan dəyişikliklər yaradır.
UAFA-nın Xaçmaz və Gəncə İƏR Mərkəzlərində “Xalq yaradıcılığı incəsənət” və “Bacarıqlı əllər” dərnəklərindən 60 yaxın uşaq bəhrələnir. Layihə çərçivəsində uşaqlar müxtəlif tədbirlərdə kiçik tamaşa, trio, fərdi və ya xor ifasında nəğmələr, rəqslər və şerlərlə çıxış ediblər. Onlar bu dərnəkdə əlil arabasında, xüsusi avadanlıqlardan istifadə edərək böyük səhnədə ilk addımlarını atıb, körpə yaşlarından cəmiyyətə inteqrasiya olmağa bacarıblar. Həmin dərnək vasitəsilə uşaqlar nitq mədəniyyəti, səhnə davranışı, yerimə, danışıq qaydası, səhnədə plastik hərəkətlər, musiqi alətlərində ifa etmə kimi kimi bacarıqlar əldə ediblər. Həmçinin, parça qırıqlarından mərkəzdə istifadə üçün vacib olan müxtəlif növ sensor oyuncaqlar, vəsaitlər, rəsmlər və əl işləri hazırlayıblar.
“Biz inanırıq ki, bu uşaqlar cəmiyyətin bərabərhüquqlu üzvləridir. Onlarda özünə inam hissini formalaşdırmaq və bu uşaqları sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. “Bakcell Stars” layihəsi vasitəsilə bu uşaqlar üçün əlavə imkanlar yaradılır, onlar gələcəyə doğru daha inamla irəliləyir, cəmiyyətin ayrılmaz hissəsi olduqlarını anlayırlar. Uşaqlara dəstək olmağımıza imkan yaratdıqları üçün onların valideynlərinə və UAFA təşkilatına təşəkkürümüzü bildirir və inanırıq ki, bu istiqamətdə birgə uğurlu fəaliyyətimiz davam edəcək”, deyə Bakcell şirkətinin PR və Korporativ Kommunikasiya Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.
2010-cu ildən etibarən Bakcell şirkəti davamlı olaraq UAFA İƏR mərkəzlərinin xidmətlərindən bəhrələnən və xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləməklə onlar üçün bərabər hüquq və imkanların yaradılması, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya
olunmalarını təmin etməyə çalışır. Bu layihə uşaqların və onların valideynlərinin cəmiyyətdə daha fəal olmasına, yeni dostlar qazanmasına, müxtəlif insanlarla ünsiyyətdə olmasına kömək olur, bütün bunlar isə öz növbəsində cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























