Beynəlxalq Bankdan "ipoteka" açıqlaması
Bir sıra layihələr üzrə 20 illik ipoteka kreditinin ayrılmasının dayandırılması layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi ilə əlaqədardır.
Bu barədə "Marja"nın sorğusuna cavab olaraq Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib.
"Sorğumuza cavab olaraq bildiririk ki, hazırda sözügedən layihələrin gəlirliliyi baxımından yenidən qiymətləndirilməsi aparılır. Bank üçün daha sərfəli şərtlərlə bu layihələr üzrə ipoteka kreditləşməsi yenidən bərpa edilə bilər".
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) bir sıra tikinti şirkətləri vasitəsilə təqdim etdiyi 20 illik ipoteka kreditini dayandırıb.
"Marja"nın tikinti sektorundan əldə etdiyi məlumata görə, artıq Bank bir sıra layhələr üzrə mənzil satışını 20 illik ipotaka krediti ilə maliyyələşdirmir.
Qeyd edək ki, tikinti şirkətləri ABB vasitəsilə manatla ipoteka kreditni ilkin ödənişsiz (bəzi layihələrdə 10% ilkin ödəniş), illik 10%-lə, 20 il müddətinə təklif edirlər.
Bir neçə gün öncə ABB-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
Qeyd edək ki, Beynəlxalq Bank Kristal Abşeron, Bakı Ağ Şəhər, Renessanse Palace, Yeni Həyat və digər tikinti şirkətləri ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
6 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq

















