Mərkəzi Bankdan ekspertiza xəbərdarlığı - 01 FEVRALDAN....
Azərbaycan Mərkəzi Bankı (AMB) banklara və poçt idarələrinə məktub göndərib.
Bank dairələrindən əldə edilən məlumata görə, məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2004-cü il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olunan malların və əşyaların Siyahısı”nın 4.11-ci bəndinə əsasən sikkələr və banknotların poçt vasitəsilə göndərilməsi qadağandır.
“Odur ki, ekspertizanın aparılması məqsədilə Mərkəzi Banka göndərilən pul nişanları Nağd pulun İdarəetmə İnformasiya Sisteminin Veb-portal modulunda şübhəli pul kimi qeydə alındıqdan sonra inkassator vasitəsi ilə (müvafiq pul nişanını təqdim edən şəxsin imzalanmış ərizəsinin bir nüsxəsi əlavə edilməklə) təqdim edilməlidir”, - deyə məktubda vurğulanıb.
AMB-dən bildirilib ki, 01 fevral 2018-ci il tarixindən etibarən Veb-portalda qeydə alınmadan ekspertizanın aparılması üçün göndərilən pul nişanları Mərkəzi Bank tərəfindən qəbul edilməyəcək.
Məlumata görə, bu tədbirin məqsədi dövriyyədə olan pulların daha keyfiyyətli olması və saxta pullara qarşı mübarizə kimi göstərilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























