Neftçalada avtomobiləri "AzKron" adlı şirkət istehsal edəcək
İranın Bakıdakı Ticarət Attaşesi Məhəmməd İbrahim Nağızadə Azərbaycan və İranın birgə avtomobil istehsal edəcəyini bildirib.
"Marja" "İrna" agentliyinə istinadən xəbər verir ki, Nağızadə etdiyi açıqlamada, İran-Azərbaycan Müştərək Avtomobil Şirkətinin "AzKron" adı ilə qeydiyyata alındığını söyləyib.
Nağızadə, şirkətin 75 faizinin Azərbaycanın "Azmaş" şirkətinə və qalan 25 faizinin də "İran Hodro"ya aid olduğunu bildirərək, avtomobil zavodunun son mərhələdə olduğunu və 21 Mart 2018 tarixindən əvvəl zavodda avadanlıqların quraşdırılacağını deyib. Qeyd edək ki, bundan əvvəl zavodun 2018-ci ilədək avtomobil istehsalına başlayacağı bildirilmişdi.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti 22.12.2017-ci i tarixində "AZKRON" MMC adlı şirkəti qeydiyyata alıb. 4 min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Majid Kaviani Ahmad-dır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195-dir. “Azərmaş” şirkəti də bu ünvanda yerləşir.
Bundan öncə bildirilmişdi ki, Neftçalada avtomobil istehsalı ilə “Azevrocar” MMC məşğul olacaqdır və zavod bu şirkətin layihəsidir. Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkətləri arasında 6 müqavilə də imzalanmışdı.“Azevrocar” MMC 02.09.2011-ci il tarixində yaradılmış və cəmi 10 manat kapitala malikdir.
Təməlqoyma mərasimində bildirilmişdi ki, ilkin olaraq zavoda 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25 faizinin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75 faizi isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.
Nağızadə qeyd edib ki, quraşdırıacaq zavodun gücü 10 min ədəd avtombildir. İlk hədəf 3 min və sonrakı mərhələdə isə 5 min avtomobil istehsalıdır. Zavodda 5 fərqli modelin istehsalı həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























