Boru kəməri partladı, neft qiymətləri sıçradı
Liviyanın ən böyük ixrac terminalına gedən boru xəttində partlayış baş verib və OPEC üzvü olan bu ölkədə hasilatı azaldılıb. Nəticədə neft qiymətləri sonra iki 2,5 ilin ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, neft qiymətləri 2.6 faiz bahalaşaraq 2015-ci ilin İyun ayından bu yana ən yüksək səviyyəsinə çıxıb.
Liviyanın "Es Sider" terminalına neft daşıyan "Waha Oil Company"nin işlətdiyi boru xəttində Çərşənbə axşamı günü bir partlayış meydana gəlib. Bu partlayış nəticəsində hasilat sutkada 70,000- 100,000 barel azalıb.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının büdcəsinə dəstək üçün, neft gəlirini 2023-ə qədər təxminən 80 faiz artırmasını gözlədiyi qeyd edilib.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını 2018-ci ilin sonuna qədər azaltmağa razılaşmaları ilə kəskin bahalaşmışdı.
Bu ay qiymətlər, İngiltərədə dünyanın ən mühüm boru xətlərindən biri olan "Forties" boru kəmərinin çatladığına görə bağlanmasının təsirilə də yüksəlmişdi. Kəməri işlədən "Ineos Group" şirkəti Forties boru kəməri sistemində axının qismən yenidən bərpa edildiyini açıqlayıb.
Liviyada partlamış kəmərin yenidən bərpa olunmasının çox vaxt tələb edə biləcəyinə görə çox ciddi bir vəziyyətdir. Bu fasilə, qlobal neft ehtiyatlarının bir hissəsinin azalmasına səbəb olacaq qədər ciddidir.
Qərbi Texas nefti (WTI) Nyu-Yorkda "Nymex" birjasında 60 dolları, Brent neftinin qiyməti, Londonda "İCE Futures Europe" birjasıda 67.07 dolları görüb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 3 saat sonra
- 13 d. əvvəl
-
44 d. əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN






.jpg)





.jpg)








