Sahibkarlara POS terminal dövriyyəsinə görə kredit!
Unibank biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir
Unibank biznes müştəriləri üçün dövriyyə həcminə görə overdaft kreditindən sonra daha bir imkan yaradır. Geniş POS terminal şəbəkəsinə malik Unibank, partnyorluq etdiyi biznes sahiblərinə yeni kredit məhsulunu təqdim edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, sahibkarlar POS terminallardan keçirilən dövriyyəyə əsasən, təminatsız olaraq qısa müddətə 100.000 manatadək kredit götürə biləcəklər.
Kreditin məbləği biznes sahibinin Unibank POS terminallarında keçirilən dövriyyəsinə görə hesablanacaq. Kreditin ödənişi üçün müştərinin əlavə vaxt itirərək banka gəlməsinə, növbə gözləməsinə də ehtiyac olmayacaq. POS terminalın gündəlik dövriyyəsindəki vəsaitin müəyyən hissəsi avtomatik olaraq kredit ödənişinə yönləndiriləcək. Kredit ödənişinə yönləndirilən məbləği isə sahibkar özü təyin edə biləcək.
Ekvayrinq kreditinin üstünlükləri:
-Kreditin rahat və qısa müddət ərzində (1 gün ərzində) alınması;
-Girov və təminat tələbinin olmaması;
-Müştərinin POS terminal dövriyyəsiartdıqcakreditlimitininartırılması;
-Kreditödənişininavtomatikolması, yəni məbləğin müştərinin POS terminaldankeçəndövriyyəsindəntutulması.
Qeyd edək ki, artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (https://onlineservices.unibank.az/AccountOrder/index.html).
Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondanhttp://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
1 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















