Azərbaycanda ilk investisiya bankının yaradılacağı tarix açıqlandı
Azərbaycanda ilk investisiya bankı 2019-cu ilədək yaradıla bilər.
Bunu “AzFinance” investisiya şirkətinin direktoru Abid Məmmədov “Azərbaycan kapital bazarları: Gələcəyə baxış” adlı tədbirdə çıxışı zamanı deyib.
“Biz kapital bazarları və onun iştirakçıları ilə işlədikcə görürük ki, investisiya bankının xidmətlərinə daha çox ehtiyac və tələbat var. Ölkə başçısı tərəfindən təsdiqlənən Strateji Yol Xəritəsində də fond bazarlarına xüsusi diqqət ayrılıb. Hesab edirəm ki, ilk investisiya bankının yaradılması fond bazarlarının inkişafına öz töhfəsini verə bilər. Avtomatik olaraq, investisiya xidmətlərinə olan tələbat kəskin artacaq. ”, - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda müştərilər ənənəvi bank xidmətlərindən uzaqlaşmaqdadırlar: “2014-cü ilədək, yəni böhrana qədər insanlar iki növ investisiya alətini nəzərdən keçirirdi: bank depozitlərinə və ya daşınmaz əmlaka yatırım. İndi isə insanların çoxu investisiya şirkətlərinə üz tutur və onların təqdim etdiyi maliyyə alətləri ilə maraqlanır. Göründüyü kimi, insanlar standart investisiyalardan uzaqlaşır. Daşınmaz əmlak bazarında yaşanan bum xeyli sabitləşib. Üstəlik, bankların təqdim etdiyi standart depozitlər insanlar üçün o qədər də maraqlı deyil. Bildiyiniz kimi, əvvəllər banklar dollarda olan depozitlərə görə 12%-dək ödəniş edirdisə, hazırda faiz dərəcələri sərfəli deyil. Bu səbəbdən insanlar bizim təqdim etdiyimiz maliyyə alətlərinə üz tutur və risksiz alətlərə yatırım edir. Hətta borclanma ilə bağlı çətinliklə üzləşən bir çox şirkətlər də bu alətlərə üz tutur. Durum onu göstərir ki, bu tendensiya davamlı olacaq və maliyyə bazarları inkişaf edəcək”.
Şirkət rəhbəri qeyd edib ki, maliyyə bazarlarının inkişafı ölkənin də inkişafına səbəb olacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















