Avropa bankı Azərbaycan şirkətinə Manatla kredit verir - İLK DƏFƏ
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və qəliblərin aparıcı istehsalçısı, habelə polad boru, boru kəmər elementləri və metal prokatı üzrə aparıcı treyderi olan METAK şirkətinə yerli valyutada ilk korporativ krediti ayırır. Bu barədə "Marja"ya AYİB-dən bildirilib.
8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə maliyyələşmə şirkətin fəaliyyətinin genişləndirilməsi planlarının həyata keçirilməsində mühüm rol oynayacaq. 1997-ci ildə ticarət şirkəti kimi təsis edilən METAK, uzun illər ərzində uğurlu istehsala imza atmış və Azərbaycanda metal və plastik boruların istehsalı üzrə öndə gedən şirkətlərindən birinə çevrilmişdir.
AYİB-in ayırdığı kredit artmaqda olan bazar tələblərinə uyğun olaraq METAK-ın fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. İnvestisiya şirkətin mövqeyini gücləndirəcək və rəqabət qabiliyyətini artmasına səbəb olacaq. METAK yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt və Balaxanı şəhərlərində genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır.
Bu, Azərbaycanda 2017-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Milli Bank arasında AYİB-in yeni imkanları fonunda yerli kiçik və orta sahibkarlığa (KOS) milli valyuta ilə kredit verilməsi ilə bağlı imzalanmış Anlaşma Memorandumundan bəri ilk sövdələşmədir.
AYİB-in Azərbaycandakı rəhbəri Ivana Fernandes Duartenin sözlərinə görə:
“Biz Azərbaycanda istehsal və xidmət sektorunun inkişafına dəstək verməyimizdən çox məmnunuq. AYİB özünün uzun müddətli yerli valyuta ilə maliyyələşdirmə və güclü iş təcrübəsinə əsaslanaraq şirkətə gələcəkdə rəqabət qabiliyyətini daha da gücləndirməyə və yerli iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməkdə kömək edəcəkdir”.
AYİB Azərbaycanda aparıcı institusional investordur. Ölkədə fəaliyyətə başlamasından bu günə qədər Bank maliyyə, korporativ, infrastruktur və enerji sektoruna 163 layihə üzrə 2,8 milyard ABŞ dolları məbləğində sərmayə yatırmışdır ki, bu da özəl sektora qoyulan investisiyanın 58 faizini təşkil edir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
7 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















