Gömrük, yumurtanın ixrac qiymətini açıqlayıb, iddialara cavab verdi
Dövlət Gömrük Komitəsi Azərbaycandan xaricə ixrac olunan yumurtanın sayı və ixrac qiyməti barədə açıqlama verib.
Komitənin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində toyuq yumurtasının 0,1 sentə ixrac edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
“Belə ki, guya Dövlət Gömrük Komitəsinin açıqladığı statistik rəqəmlərə görə 2017-ci ilin 9 ayı ərzində 202 707 ABŞ dolları dəyərində 162 milyon ədəddən çox yumurta ixrac edilib və bəzi riyazi hesablamalar aparılaraq 10 ədəd yumurtanın 2 qəpikdən də az dəyərləndirildiyi, bununla da ixracı həyata keçirən sahibkarların vergidən yayınmağa çalışdığı iddia edilir”.
Dövlət Gömrük Komitəsi bildirir ki, yayımlanan rəqəmlər və bu rəqəmlərə söykənərək aparılan hesablamalar əsasında toyuq yumurtasının ixrac qiyməti barədə irəli sürülən iddialar həqiqətə uyğun deyil:
“Komitə toyuq yumurtasının ixracı ilə bağlı ictimaiyyətə və mətbuata ümumiyyətlə hər hansı rəqəm açıqlamayıb və mənbəyi məlum olmayan bu rəqəmlər hər halda müəllifin təxəyyülünün məhsuludur”.
Toyuq yumurtasının ixracı ilə bağlı rəqəmlərə gəlincə isə Komitənin məlumatına görə, cari ilin 11 ayı ərzində Azərbaycandan xarici ölkələrə 352 min 710 ABŞ dolları dəyərində 7 milyon 052 min 040 ədəd yumurta ixrac edilib ki, bu da yumurtaların bir ədədinin təqribən 8.5 qəpikdən ixrac olunduğu deməkdir. Qurum “arzulayanlara” ixrac edilən yumurtanın qiymətini müəyyənləşdirmək məqsədilə bu rəqəmlər əsasında hesablama aparmağı tövsiyə edir.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 1 milyard 609,8 milyon ədəd yumurta istehsal olunub. Daha 46 milyon 132,9 min ədəd isə idxal olunub. İdxal əsasən Türkiyədən icra edilib. Digər tərəfdən, yerli yumurta istehsalçılarını stimullaşdırmaq məqsədilə ötən ilin oktyabrından Azərbaycana yumurta idxalına əlavə rüsum tətbiq olunub. Hər 1000 ədəd toyuq yumurtası üçün 100 dollar təşkil edən bu rüsum sayəsində kənardan idxal minimum səviyyəyə enib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
-
-
30 d. əvvəl
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sahibkar Vüsal Qurbanov "ilişdi" - “AUXs” adlı kondisionerlərin satışında cinayət tərkibi
-
3 saat əvvəl
Haqsız rəqabətə yol verilib - 6 təsərrüfat subyekti barəsində qərar qəbul edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Neft qiymətilə bağlı bədbin proqnoz - 40 dollaradək düşə bilər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Noyabrın 19-da gözlənilən hava şəraiti
“Finex Kredit” yeni imtiyazlı səhmlər buraxmaq istəyir
5 bankda 9 aylıq xalis mənfəət 40 milyon manatdan çoxdur
Çörək şirkəti adını və təşkilati-hüquqi formasını dəyişib
iPhone 17 Çində satış rekordu qırdı
Azərbaycan neftinin son qiyməti
Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb






















