Sizə xaricdən pul göndərilirsə, bu bankdan kart alın- YENİLİK
VTB Qrup kartdan karta beynəlxalq köçürmələr xidmətini tətbiq etdi
VTB qrup istənilən Rusiya banklarının müştərilərinə MDB və Gürcüstandakı VTB banklarının kartlarına sürətli pul köçürmə imkanı verən layihə reallaşdırıb.
Bank VTB Azərbaycandan "Marja"ya daxil olmuş məlumata görə, layihə “Multikarta” prosesinq şirkətinin dəstəyi ilə həyata keçirilib.
Beləliklə, bundan sonra bank VTB (Azərbaycan) plastik kart sahibləri onlara göndərilən pulları kart vasitəsi ilə ala biləcək və banklara gəlməyə vaxt itirməyəcək.
Əməliyyatı həyata keçirmək üçün müştərilərə bankın saytındakı xüsusi bölmədə köçürmənin məbləğini göstərmək və vəsaiti göndərənin və alanın kart rekvizitlərini əlavə etmək kifayətdir. Vəsait kart hesabının valyutasında köçürülür və hesaba oturulur. Bununla da pul vəsaitini alan şəxsə konvertasiya etməyə ehtiyac qalmır.
Əməliyyatın gün ərzində minimal məbləği 100 rubl, maksimal məbləği isə 100 000 rubl təşkil edir. Köçürmə zamanı komissiya VTB qrup tariflərinə uyğun olaraq tutulur.
Qeyd edək ki, vəsaiti göndərənin də, alanın da kartları Visa və ya MasterCard ödəniş sistemləri əsasında buraxılmalıdır. Yeni xidmətə https://perevod.vtb24.ru linki vasitəsi ilə keçmək mümkündür.
“Yeni xidmət maliyyə əməliyyatlarını tez və rahat şəkildə reallaşdırmağa imkan verəcək, çünki vəsaitin hesaba daxil olma sürəti cəmi bir neçə dəqiqə təşkil edir. İnternet olduqda, pul köçürmələrini istənilən vaxt və istənilən yerdən həyata keçirmək mümkündür. Bu zaman müştəri üçün vəsaiti alan şəxs barədə minimal məlumata malik olmaq kifayətdir” – deyə, bank VTB (Azərbaycan) Əməliyyat Departamentinin direktoru v.i.e. Anar Rəhimov yeni xidməti şərh edərkən bildirib.
“Yeni xidmət Rusiya banklarının, eləcə də MDB və Gürcüstandakı VTB banklarının müştərilərinin maliyyə rahatlığını təmin edəcək. Pul göndərən şəxsə artıq pul köçürmə sistemi axtarmağa və banka gedərək vaxt itirməyə ehtiyac qalmır, bundan başqa vəsaiti alan şəxsin də banka getməsinə ehtiyac qalmır, çünki o, pullarını kart vasitəsi ilə əldə edir” – deyə, “Multikarta” prosesinq şirkətinin baş direktoru Kiril Sviridenko bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)






