Azərbaycanın özəl sektorunun ixracında inanılmaz sıçrayış
Azərbaycanın özəl sektorunun ixracı bir ayda 1 milyard 691 milyon dollardan 4 milyard 379 milyon 832 min dolara yüksləlib.
"Marja" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanın özəl sektorunun ixracı 1 milyard 691 milyon dollar təşkil etmişdi. Komitənin 2017-ci ilin 11 ayı üzrə açıqladığı statistikasında isə göstərilir ki, özəl sektorun ixracı təxminən 4 milyard 380 milyon dollar təşkil edib. Yəni, özəl sektor Noyabrda ixracını 2 milyard 689 milyon dollar artırıb.
2016-cı ilin 11 ayında özəl sektorun ixracı 1 milyard 552 milyon 509 min dolar təşkil etmişdi.
Dövlət sektorunun ixracı isə illik müqayisədə 6 milyard 525 milyon 655 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara, aylıq müqayisədə isə Oktyabrın ayının sonundakı 7 milyard 201 milyon 327 min dollardan 7 milyard 950 milyon 980 milyon dollara yüksəlib.
Qeyd edək ki, əsasən özəl sektorun ixracının kəskin artması nəticəsində Azərbaycanın ticarət əməliyyatlarının həcmi bu ilin Oktyabr ayının sonundakı 16 milyard 12 milyon 583 min dollar səviyyəsindən Noyabr ayının sonunda 20 milyard 291 milyon 683.43 min dollar səviyyəsinə yüksəlib.
Azərbaycanın ixracı isə bir ayda 9 milyard 54 milyon 202 min dollardan 12 milyard 500 milyon 979 min dollara qalxıb.
Gömrük Komitəsi kəskin artımın səbəbini şərh etməyib. Ötən ilin Noyabr ayına olan İxrac statistikası da Komitənin rəsmi saytından silinib. Bu səbəbdən ixrac olunan mal qrupları üzrə müqayisə çətinləşib. Tezliklə, bu artımın səbəbini təqdim etməyə çalışırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)








