PAŞA Bank kart tariflərində yeniliklər etdi!
PAŞA Bank kart tariflərində yeniliklər edib.
"Marja" xəbər verir ki, PAŞA Bankın əmək haqqı kartları ilə nağdsız ödənişlər üzrə bütün mübadilə əməliyyatları üçün xidmət haqqı ləğv edilir. Bu yenilik ATM, POS-Cash və ya kassa vasitəsi ilə fərqli valyutada məxaric əməliyyatlarına aid deyil.
HəmçininPAŞA Bankın əmək haqqı kartları ilə Bankın Biznes mərkəzlərində kart təqdim edilmədən kassadan məxaric əməliyyatına 0.5% komissiya tətbiq ediləcək.
Bundan başqa, Əmək haqqı kart hesabları balansının kassa vasitəsi ilə artırılması mümkün olacaq. Bu yenilik yalnız Bank və Müştəri arasında Ümumi Şərtlər Toplusu imzalandığı halda tətbiq oluna bilər. Bu halda, əmək haqqı kart tarifinin növündən asılı olaraq, 1%-ə qədər komissiya haqqı tutula bilər;
“Həyat Yaşam Sığortası” əsasında verilən PAŞA Bank kredit kartları ilə nağdsız ödənişlər üzrə bütün mübadilə əməliyyatları üçün xidmət haqqı da ləğv edilir. Bu yenilik ATM, POS-Cash və ya kassa vasitəsi ilə fərqli valyutada məxaric əməliyyatlarına aid deyil.
PAŞA Bankın debit, depozit və güzəşt müddətli kredit kartı məhsulları üzrə AZN kartı ilə xarici valyutada və ya xarici valyuta kartı ilə AZN-də aparılan nağdsız ödənişlər zamanı mübadilə əməliyyatları üçün xidmət haqqı 1%-dən 0.5%-ə endirilir. Bu yenilik ATM, POS-Cash və ya kassa vasitəsi ilə fərqli valyutada məxaric əməliyyatlarına aid deyil.
PAŞA Bankın kartları barədə daha ətraflı: https://www.pashabank.az/plastic_cards/lang,az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























