Bu gün neft bazarı üçün kritik iclas keçiriləcək
Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü, OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 3-cü iclası keçiriləcək.
OPEC+ ölkələrin nazirlərinin 3-cü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları olacaq, həmçinin neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflər müzakirə ediləcək. Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi nazirlərin toplantısında OPEC+ sazişinə daha 10-nadək ölkənin qoşulması nəzərdən keçiriləcək.
OPEC Nazirlər Şurasının 173-cü iclasında isə hasilat kvotasının artırılması və ya mövcud OPEC+ sazişinin müddətinin 6, 9, həmçinin də 1 ilədək uzadılması əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində bu ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barrel təşkil edib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
11 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
11 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
12 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
12 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
12 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 12 saat əvvəl
-
12 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
13 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"






.jpg)
.jpg)







.jpg)






