6 bank ehtiyatların yaradılmasına ayırdığı vəsaiti artırıb
Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 29-u bu ilin yanvar-sentyabr aylarındakı xüsusi ehtiyatlar üzrə ayırmasının / qənaətinin illik müqayisədə dinamikası barədə məlumat verib.
Bunlardan 6-sı - "Azərbaycan Sənaye Bankı", "AFB Bank", "Dəmir Bank", "Muğan Bank", "Kapital Bank" və "Turan Bank" xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitin məbləğini artırıb. Ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (4,2 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (1,4%) qeydə alınıb.
16 bankın - "PAŞA Bank", "Nikoyl Bank", "Unibank", "Xalq Bank", "Bank of Baku", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Günay Bank", "NBC Bank", "Rabitə Bank", "Access Bank", "Express Bank", "Naxçıvan Bank", "Bank Silk Vey", "Bank Respublika" və "AGBank"ın isə xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsaitin məbləği azalıb. Ən çox azalma "AGBank"da (95,4%), ən az azalma isə "PAŞA Bank"da (14,3%) qeydə alınıb.
1 bank - "Bank Avrasiya" xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini 27,7 dəfə artırıb.
1 bank - Pakistan Milli Bankının Bakı filialı isə xüsusi ehtiyatlar üzrə qənaətinin məbləğini 96,2% azaldıb.
5 bankın - "Atabank", "Bank BTB", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı və "Ziraat Bank Azərbaycan"ın xüsusi ehtiyatlar üzrə ayırmasının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb. Səbəb bu bankların ya 2017-ci ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatların yaradılmasına vəsait ayırması, 2016-cı ilin yanvar-sentyabr aylarında isə ayırmaması (qənaət etməsi), ya da bu ilin ilk 9 ayında xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmaması (qənaət etməsi), ötən ilin il 9 ayında isə ayırmasıdır.
2 bank - dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" və "Azər-Türk Bank" isə xüsusi ehtiyatlar üzrə ayırmasının / qənaətinin dinamikası barədə məlumat verməyib.
6 BANK VƏSAİT AYIRMAYIB
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 6-sı xüsusi ehtiyatların yaradılmasına vəsait ayırmayıb.
Bunlar Pakistan və İran Milli Banklarının Bakı filialları, "Azər-Türk Bank", "Bank Avrasiya", "Bank BTB" və "Bank VTB Azərbaycan"dır.
Adı çəkilən banklar bundan əvvəl xüsusi ehtiyatlar üzrə ayırdıqları vəsaitlərə müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Bank VTB Azərbaycan"da (18,416 milyon manat), ən aşağı göstərici isə Pakistan Milli Bankının Bakı filialında (8 min manat) qeydə alınıb.
Qalan 25 bank isə xüsusi ehtiyatların yaradılmasına vəsait ayırıb. Ən yüksək ayırma "Dəmir Bank"da (52,675 milyon manat), ən aşağı ayırma isə "Naxçıvan Bank"da (116 min manat) qeydə alınıb.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)



