“NeHarada.az” “RecExpo” sərgisində iştirak edib
Bu sayt vasitəsilə siz, Azərbaycanın müxtəlif rayon və şəhərlərindəki məkanların yerini tapa və onların haqqında dolğun məlumat əldə edə bilərsiniz.
Noyabrın 28-30-da Bakıdakı “Expo Mərkəzi”ndə “Rec Expo” sərgisi keçirilib. Sərgi daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşmaqla, biznes sahəsində önəmli tədbirlərdən hesab olunur.
Biznesin müxtəlif sferaları ilə bağlı əlverişli xidmətlər təklif edən innovativ “NeHarada.az” saytı da sərgidə ayrıca stendlə təmsil olunub. Bu barədə təəssüratlarını bölüşən “NeHarada.az” saytının rəhbəri Rəşad Əliyev sərgidə təmsilçiliyi məhsuldar hesab edir:
“NeHarada.az” saytı olaraq ilk dəfə bu sərgidə iştirak etdik. Sərgi yüksək səviyyədə təşkil olunmuşdu və oraya qatılan şirkətlərin, qonaqların rəngarəngliyi ilə diqqət çəkirdi. Sərgi daşınmaz əmlak sahəsində və iqtisadi həyatda kifayət qədər populyardır və ölkədə 3-cü dəfə keçirildi. Tədbirdə çıxış edənlər daşınmaz əmlak sahəsində xüsusi güzəşt və təkliflər təqdim edirdilər ki, bu da müştərilər və tərəfdaş şirkətlər üçün cəlbedici idi. Ümumiyyətlə, bu sərgini iqtisadi həyat baxımından da çox faydalı hesab edirəm. Beynəlxalq səviyyəli bu sərgiyə yetərincə iş adamları baş çəkir və maraq göstərir. Beləliklə, “Expo Mərkəzi”ndə keçirilən tədbirdə iştirak etməklə beynəlxalq sərgilərdə təmsilçiliyimiz yönündə önəmli bir addım atmış olduq. Biz sərginin media bölməsində təmsil olunmuşduq. Məqsəd sərgidə xidmətlərimizi iştirakçılara əyani təqdim etmək idi. Sərginin ilk günü təqdimatımız oldu.”
R.Əliyev onu da diqqətə çatdırıb ki, “NeHarada.az” saytı olaraq mütəmadi şəkildə “Facebook” sosial şəbəkəsində istifadəçilərə hədiyyələr təqdim edir. “Facebook”da haştaqlarla paylaşım edən sosial şəbəkə iştirakçıları bu təklifimizi böyük rəğbətlə qarşılayır.
Ümumiyyətlə, bu sayt vasitəsilə siz, Azərbaycanın müxtəlif rayon və şəhərlərindəki məkanların yerini tapa və onların haqqında dolğun məlumat əldə edə bilərsiniz.
Çox geniş kateqoriyalar üzrə fəaliyyət göstərən “Neharada.az”dan istifadə etmək üçün mobil tətbiqdən və ya mobil üçün uyğun saytımızdan istifadə etmək olar.
Saytın ünvanı: www.neharada.az
Mobil tətbiq Android üçün : neharada açar sözü ilə axtara bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







