Veysəloğlu Qrupda “Maliyyəçilər” çempion oldu
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı, İctimai Futbol Təşkilatları İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən şirkətdaxili futbol turnirinə yekun vurulub.
Qrupdan "Marja"ya daxil olmuş məlumata görə, ümumilikdə 16 komandanın mübarizə apardığı yarış 3 həftə davam edib. Bakı Olimpiya stadionunun mini futbol meydançasında təşkil olunan turnirin final matçında Tess (Maliyyə) və Ulduz komandaları üz-üzə gəliblər. Bu dueldən “maliyyəçilər” qalib ayrılıb. Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda Tess komandası rəqibini 3:1 hesabı ilə məğlub edərək, yarışın qızıl medallarına sahib çıxıblar. Baxımlı oyun sərgiləyən Ulduz komandası isə gümüş medulla kifayətlənməli olub.
Qeyd edək ki, 3-cü yer uğrunda həlledici oyunda Xonça və Hasilat komandaları qarşılaşıblar. Rəqibini 2:1 hesabı ilə məğlub edən Xonça turniri bürünc medalla başa vurub.
Oyundan sonra təltifetmə mərasimi keçirilib. Qaliblərə medal, diplom, kubok və pul mükafatı təqdim olunub.
Bundan başqa turnirdə ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi və bombardir nominasiyaları üzrə də mükafatlar təqdim olunub. Ulduz komandasının üzvü Ağa Tarverdiyev “Ən yaxşı qapıçı”, Maddi Vəsaitlər komandasının oyunçusu Emil Babayev “Ən yaxşı müdafiəçi” adına layiq görülüb. Rəqib qapılarına 6 qol vuraraq “Bombardir” adına isə Hasilat komandasının futbolçusu Yasin Cəbizadə layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)





