Tam torpaqsız şəraitdə becərilir, gündəlik 1000-1500 qızıl gül dərilir

Ölkəmizdə kənd təsərrüfatına göstərilən dövlət dəstəyindən yararlanan “AzAqro” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) iki hektar ərazidə müasir istilikxana kompleksi qurub. Burada holland sortundan olan qızıl gül və tərəvəz yetişdirilir. Hollandiyadan gətirilmiş qızıl gül tingləri tam torpaqsız şəraitdə, xüsusi mineral substratda becərilir. Əsasən 6 növ gül əkilib. Bir dəfə əkilən gül tingindən 4-5 il davamlı şəkildə gül dərmək mümkündür.
“AzAqro”nun baş mühəndisi Əli Qurbanov bölgə müxbirinə bildirib ki, istilikxananın 1 hektarında Hollandiyadan gətirilmiş güllər, digərində isə tərəvəz yetişdirilir. Bütün məhsullar yerli bazara çıxarılır, bir qismi isə xaricə ixrac olunur. Gül istilikxanasında mikroiqlim və suvarma proseslərinin hamısı mərkəzləşdirilmiş kompüterlə idarə olunur.
İstixana şəraitində yetişdirilən güllərdən gün ərzində 1000-1500 qızıl gül dərilir.
Gülçü Könül Xıdırova bildirib ki, 8 ildir bu istixanada gül becərir. Güllər əsasən səhər-səhər yığılır və çeşidlənməyə verilir. Çeşidlənmədə güllər növlərə və rənglərə görə seçilir, buketlərə vurularaq, xüsusi qablarda saxlama kameralarına yerləşdirilir. Oradan isə həm sifarişçiyə, həm də satışa göndərilir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
45 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 48 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
13 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
