"Qiyməti 10 qəpik bahalaşsa, həvəs daha da artar”
Noyabrın sonuncu həftəsinə az qalsa da, Neftçalada pambıq tarlalarında məhsul yığımı hələ də davam edir. Rayonda gün ərzində 100 tona yaxın məhsul yığan fermerlər pambığın qiymətinin bir qədər də artırılmasını istəyir.
Fermer Azad Əsgərov : “ Pambıq Azərbaycan üçün ən gəlirli sahələrdən biridir. Ona görə ki, hamı burda işlə təmin olunur. Bunun bir az qiyməti ucuzdur. 10 qəpik qiyməti bahalaşsa insanlarda daha da buna qarşı həvəs artar”
Fermer Fəxrəddin Nəzirov:“ 20 hektara yaxın sahəmdə demək olar indi ikinci yığım başlayır. Yəqin ki, 20 sentnerdən çox məhsul əldə edəcəyik. Keçən il mən şəxsən 50 hektarda müqavilə bağlamışdım. Keçən ilki ilə bu ilki müqavilədə 14 hektar fərqim var. Məhsuldarlıq da keçən ildəkindən çoxdur.”
Rayonda bəzi sahələrdə pambıq 15 gün gec əkildiyindən kolların üzərində xeyli sayda qoza var. Fermerlər deyir ki, havalar əlverişli keçərsə həmin tarlalardan məhsul yığımı gecikməz. Proses davam edə-edə artıq indidən gələn il pambıq əkini üçün müqavilələrin bağlanmasına da başlanılıb.
Fəxrəddin Nəzirov :fermer:“ Üç yerdə pambıqçılarla müqavilə bağlayan təşkilatlar yaranıb. Bu il artıq mən 150 hektar MMC-lə müqavilə bağlamışam. İndidən onlar bizi lazım olan avadanlıqlarla təmin edirlər. Artıq şum başlanılıb. Əminəm ki, gələn il məhsulumuz bu ilkindən qat-qat çox olacaq”
Bu günə qədər rayon üzrə tarlalardan 10 min tondan çox məhsul yğılaraq məntəqələrə təhvil verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




