Yeni fakt üzə çıxdı: Kreditlərin 41%-i müştərilərə faizsiz verilib
Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.
İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanındakı ofisində təşkil olunub.
İclasda ilk dəfə ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev, eləcə də Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 50 kreditoru, Fondun digər əməkdaşları iştirak edirlər.
V.Abdullayev bildirib ki, kreditorları maraqlandıran bütün suallara cavab vermək üçün iclasa hazırlıqlı gəlib.
Ə.Həsənov isə deyib ki, Bankın 743 mln. manatlıq kredit portfelinin formalaşdıran müştərilərin siyahısını Bakı Apellyasiya Məhkəməsindən götürüb. Məlum olub ki, bu kreditlərin 304 mln. manatı (41%-i) 0%-lə verilib:
“Sanki islam bankçılığıdır. Halbuki, 0%-lə kredit vermək ölkənin bank qanunvericiliyinə ziddir. Hesab edirəm ki, ADIF bununla bağlı araşdırma aparmalıdır. Faizsiz kreditlər verilmiş şəxslərlə bağlı Baş Prokurorluğa, hətta Dövlət Təhlükəsizlik Xidmətinə müraciət olunmalıdır. Hələ ki, mən həmin şəxslərin adlarını çəkə bilmirəm, çünki siyahını ad açıqlamamaq şərti ilə məhkəmədən almışam. Yalnız onu deyə bilərəm ki, siyahıda məşhur adamlar yoxdur. Maraqlıdır ki, indiyə qədər 0%-lə kredit götürmüş adamlarla bağlı heç bir tədbir görülməyib. Məsələn, “Çudo Peçka”nın sahibi ilə bağlı müəyyən addımlar atılıb, halbuki, o adam krediti 0%-lə götürməyib”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
26 d. əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 5 saat əvvəl
-
5 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti




























