Heç bir bankın vermədiyi misilsiz gəlir – SÜRƏTLƏ AXIN BAŞLAYIB
Banklara etibarın əvvəlki illərlə müqayisədə azalması, vergi və digər güzəştlər həyatın yaşam sığortasına marağı artırıb.
"Marja" xəbər verir ki, həyat sığortası şirkətlərinin Yığım İnvestisiyası Sığortası dedikləri Həyatım yaşam sığortası üzrə sığorta haqları bu ilin yanvar-oktyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 64% artaraq 108,6 milyon manata çatıb. Halbuki, 2016-cı ilin 10 ayında bu növ üzrə 66,3 milyon manat sığorta haqları toplanmışdı.
Azərbaycanda bütün sığortalar üzrə cəmi 462,6 milyon manat sığorta haqqları toplandığı halda, bu cəmi yığımın 108,6 milyon manatının və ya 23,4%-nin bir sığorta növünün (həyatın yaşam sığortası) hesabına formalaşması təsadüfi deyil.
HƏM SIĞORTALISINIZ, HƏM DƏ GƏLİR ƏLDƏ EDİRSİNİZ
İndi ağıllı və yaxşı gəliri olan insanlar pullarını banka əmanət kimi yatırmaq yerinə, həyat sığortası şirkəti vasitəsilə də artırırlar. Yığım İnvestisiyası Sığorta növü Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz rəsmi gəlirinizdən aylıq müəyyən miqdar sığorta şirkətinə ödəyərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
NECƏ AZƏRBAYCANIN ƏN BÖYÜK SIĞORTA ŞİRKƏTİ OLUB?
Hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti fəaliyyət göstərir: PAŞA Həyat, Atəşgah Həyat və Qala Həyat. Bu şirkətlərin yığımları artır, xüsusilə PAŞA Həyat sürətlə böyüyür. Ötən ilin 10 ayında təxminən 67 milyon manat sığorta haqları toplamış şirkət, bu ilin 10 ayında 123,4 milyon manat yığıb. PAŞA Həyat Azərbaycanın ən böyük sığorta şirkətidir. Bu şirkəti ən böyük edən, həyatın yaşam sığortasıdır.
Banklarda əhalinin əmanətləri yerində sayarkən, həyatın yaşam (investisiya) sığortası 64% artıb. İnsanlar əmanətlərin daha sərfəsiz olduğunu başa düşdükcə, əməkhaqlarını bu alətə yönəldirlər. Sığorta şirkətlərindən verilən məlumata görə, yatırılan vəsaitə görə illik gəlir 46 faizdən 70 faizədək dəyişə bilir. Müqayisə üçün qeyd edək ki, banklar əmanətə cəmi illik 15% gəlir təklif edirlər.
Həyat sığortası üzrə sığorta ödənişi də yüksəkdir. Bunun səbəbi 3 ili başa çatmış investisiyaların vaxtı çatdığı üçün geri ödənilməsidir.
| Yanvar Oktyabr 2017 (Yığım) | Yanvar Oktyabr 2017 (Ödəniş) | Yanvar Oktyabr 2016 (Yığım) | Yanvar Oktyabr 2016 (Ödəniş) |
Cəmi könüllü həyat sığortası | 138,181,251 | 93,637,328 | 97,466,576.93 | 72,428,496.91 |
həyatın ölüm halından sığortası | 27,849,590 | 2,074,711 | 30,971,701.33 | 2,442,247.13 |
həyatın yaşam sığortası | 108,588,613 | 91,552,766 | 66,251,609.37 | 69,986,249.78 |
annuitet sığortası | 0.00 | 0.00 | 0.00 | 0.00 |
əmək qabiliyyətinin sığortası |
1,637,252 | 0.00 | 206,222.49 | 0.00 |
sağalmaz xəstəliklərdən sığorta | 105,795 | 9,850 | 37,043.74 | 0.00 |
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
4 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
6 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
-
7 saat əvvəl
"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
























