Beynəlxalq Bankdan yeni mobil bank əlavəsi!
Müasir dövlət bankı olaraq bir çox innovativ texnologiyaları ilk dəfə ölkəmizə gətirən Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı şirkətlərindən olan "Backbase" şirkətinin platforması üzərində yeni rəqəmsal xidmətini - “IBAm” mobil əlavəsini müştərilərin istifadəsinə verib.
Bu xidmət zaman və məkandan asılı olmayaraq bank hesablarının və kartların idarə olunmasında, müxtəlif ödənişlərin həyata keçirilməsində yeni imkanlar yaradır. “IBAm” istifadəçiləri aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:
-Hesablar barədə məlumatın əldə edilməsi;
-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;
-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;
-Kartların bloklaşdırılması və blokdan çıxarılması;
-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;
-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlaraköçürmələr;
-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;
-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;
-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;
-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.
Bu xidmətlərin sayının davamlı şəkildə artırılması, mobil tətbiqə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, xidmətlərdən istifadə zamanı birdəfəlik şifrələr vasitəsilə təhlükəsizlik tam təmin olunur.
Bankın müştəriləri üçün “IBAm”-a qoşulma və istifadə tamamilə pulsuzdur. Bu xidmətə qoşulmuş müştərilər, 3 ay ərzində bankdakı mövcud cari hesablara və kartlara, həmçinin respublikadaxili bir çox bankların kartlarına köçürmələri də heç bir komissiya ödəmədən həyata keçirə biləcəklər.
IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər:
Yükləmə linkləri:
Google Play-https://www.play.google.com/store/apps/details?id=iba.mobilbank
AppStore: https://www.itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 17 d. əvvəl
- 22 d. əvvəl
- 27 d. əvvəl
- 35 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)
.jpg)







.jpg)






