Azərbaycanın nümayəndə heyəti Böyük İpək Yolunun başlanğıc nöqtəsində!
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə olub. Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Əbülfət Qocayevin rəhbərlik etdiyi nümayəndə heyəti XIV “Çin yeni yüksək texnologiyalar” adlı sərgidə iştirak edib.
Bu il iyirmi dördüncü dəfə keçirilmiş sərgi beynəlxalq əhəmiyyət daşıyır, burada elmi-texniki nəaliyyətlər təqdim olunur. Səhmdar Cəmiyyətin nümayəndə heyəti sərginin kənd təsərrüfatı və yüksək texnologiyalar, yoxsulluğun intensiv aradan qaldırılması, robot texnologiyaları pavilyonlarının fəaliyyəti ilə yaxından tanış olub, çinli tərəfdaşlarla elmi iqtisadi əlaqələrin qurulması istiqamətində müzakirələr aparıb.
Sərgi çərçivəsində Azərbaycan, ABŞ, Yeni Zelandiya, İngiltərə, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan daxil olmaqla 50-dən artıq ölkə nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan nümayəndə heyəti adından çıxış edən Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Ə.Qocayev son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqqında iştirakçılara ətraflı məlumat verib. Natiq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkənin iqtisadi potensialı güclənib, ölkəmiz əlverişli nəqliyyat və logistika mərkəzinə çevrilib. “Tarixən olduğu kimi indi də Azərbaycan Respublikası “Böyük İpək Yolu” layihəsinin həyata keçirilməsində həm coğrafi, həm də ticarət baxımından mühüm yer tutur. Azərbaycanın liderliyi altında Bakı-Tibilisi-Qars dəmiryolu layihəsinin istifadəyə verilməsi bütün ölkələr üçün faydalı olacaqdır, dəmiryolu xətti ildə 17 milyon ton yük və 2 milyon nəfər sərnişin daşınacaqdır ki, bu Asiya ilə Avropa qitələri arasında fasiləsiz nəqliyyat-logistika əlaqələrini daha da gücləndirəcəkdir”- deyə Ə.Qocayev bildirib.
Konfrans iştirakçılarına ölkəmizin kənd təsərrüfatı sahəsində yüksək potensialı, aqrar sahənin investisiya cəlbediciliyi, eləcədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyəti haqda da geniş məlumat verilib.
Səhmdar Cəmiyyətin nümayəndə heyəti səfər çərçivəsində Çin Xalq Respublikasının böyük biznes mərkəzlərindən biri sayılan Şiyan şəhərində olaraq ticarət və satış mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub, Böyük İpək Yolunun başlanğıc nöqtəsi hesab olunan “Tan Vest Market” biznes parkını ziyarət edib. “Tan Vest Market“ biznes mərkəzi olmaqla yanaşı mədəniyyət və investisiya təşkilatıdır, Çinin tanınmış təşkilatları arasında öncül yer tutur.
Daha sonra İdarə Heyətin sədri Ə.Qocayevlə Şanxi əyalətinin qubernatoru Xu Xepin arasında işgüzar görüş keçirilib. Görüşdə gələcək iqtisadi əlaqələrin inkişafı müzakirə olunub və tanışlıq məqsədi ilə Çin nümayəndə heyətinin Bakıya səfəri qərara alınıb.
Səhmdar Cəmiyyətin nümayəndə heyəti səfər çərçivəsində Çinin qərb bölgəsində yerləşən müasir meyvə bağlarına baxış keçirib, yaxın gələcəkdə təcrübə və kadr mübadiləsinin həyata keçiri
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
12 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)






