Azərbaycanın daha 2 bankı birləşmək üçün danışıqlar aparır
Azərbaycanın 2 bankı - NIKOIL Bank və AccessBank birləşmə barəsində danışıqlar aparıldığı bildirilir. "Marja" xəbər verir ki, bu barədə "Trend" Agentliyinə bank bazarındakı mənbə deyib.
Mənbənin verdiyi məlumata görə, danışıqlar ilkin mərhələdədir, lakin mənbə dəqiqləşdirib ki, söhbət AccessBank-ın NIKOIL Bank-ın tərkibinə keçməsindən gedir.
Hər iki bankın kapitalında xarici kapital mövcuddur. AccessBank 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems alman şirkəti və AcessHolding-dir.
NIKOIL Bank-ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi LUKOIL-ın rəhbəri Vahid Ələkbərovdur.
Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.
XXX
Mütəxəssislər AcessBank və NikoilBankın birləşə biləcəyini inandırıcı görmürlər.
"AccessBank"ın səhmdarları 34.85 milyon manat və 20 milyon manat məbləğində olmaqla bu il Bankın nizamnamə kapitalını iki dəfə artırıblar.
Qeyd edək ki, bundan əvvəl mətbuat Bank Resbulika ilə Rabitəbankın və Bank of Baku ilə AFB Bankın birləşəcəyi barədə məlumat yayıb. Bank of Baku və AFB Bank məlumatı təkzib ediblər.
XXX
Xəbər verdiyimiz kimi, 07 Dekabr 2017-ci il tarixində "Nikoyl" İKB ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcəkdir.
İclasın gündəliyinə;
-Bankın nizamanmə kapitalının artırılması,
-Bankın nizamnaməsinə dəyişiklik edilməsi,
-Audit Komitəsinin tərkibndə dəyişiklik aparılması,
-Yığıncağın gündəliyində duran digər məsələlər daxildir.
Yığıncaq Bakı şəhərində keçiriləcəkdir.
Qeyd edək ki, “Topaz İnvestments” 2008-ci ildən etibarən bankın əsas səhmdarıdır. Bankın nizamnamə kapitalı 184 milyon 500 min manat təşkil edir. NIKOIL | Bank-ın səhmləri səhmdarlar arasında aşağıdakı şəkildə bölüşdürülüb:
- "TOPAZ İNVESTMENTS" QSC - 91,84%
-FİZİKİ ŞƏXSLƏR - 7,97%
- "ISR HOLDING" MMC - 0,19%
Qeyd edək ki, Bankın nizamnamə kapitalı 184 milyon manatdan çox olsa da ötən il və bu il yığılmış zərər məcmu kapitalı kəskin aşağı salıb. Bu səbəbdən Banka yenidən sərmayə yatırılmasına ehtiyac var.
Mətbuatda çıxan xəbərə görə, “Nikoil Bank”ın nizamnamə kapitalı 35,5 milyon manat və yaxud 19,24% artırılaraq 220 milyon manata çatdırılacaqdır.
© Trend, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























