Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı Fed bugünkü iclasında uçot dərəcəsini dəyişməyərək 1.00 - 1.25 faiz aralığında saxladı.
"Marja" xəbər verir ki, analitiklər də Fed-in faizi qaldırmayacağını gözləyirdilər.
Fed bu qərarı yekdilliklə qəbul edib.
Fed, faiz qərarından sonra verdiyi açıqlamada, iqtisadi fəaliyyətin qasırğalara baxmayaraq "sağlam bir sürətdə" davam etdiyini qeyd edib. Fed, qasırğaların yəqin ki, iqtisadiyyatın orta müddətli gidilşatını dəyişməyəcəyini bildirib.
Fed, əmək bazarının güclənməkdə davam etdiyini, işsizlik nisbətinin düşdüyünü qeyd edib, xərclərin mülayim bir sürətdə artdığını və investisiyaların yuxarı istiqamətdə hərəkət etdiyini ifadə edib.
İnflyasiya göstəricilərinin aşağı olduğunu təkrarlayan Fed, inflyasiyanın orta müddətdə 2 faiz ətrafında sabitləşəcəyini gözlədiyini bir daha vurğulayıb.
Fed, iqtisadiyyatın mərhələli faiz artırılmasını təmin edəcək bir istiqamətdə dönməsini gözlədiyini bildirib.
Fed-in iqtisadiyyatın "sağlam bir sürətlə" genişlənməkdə olduğunu qeyd etməsi və əvvəlki "mülayim" böyümə ifadəsini yaxşılaşdırması Dekabrda faizin artırılacağına açıq bir işarə kimi qiymətləndirilib. Fed-in inkişafı qiymətləndirməsini bu şəkildə yüksəltməsi ("mülayim" ifadəsindən "sağlam bir sürətlə" ifadəsinə), açıq deməsə də, Fed-in Dekabr ayında faiz artırmağa hazırlaşdığına işarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






