Kürdəmir heyvası Rusiya bazarlarına çıxarılacaq
Kürdəmir rayonunda heyva yığımına başlanılıb. Cari mövsümdə bağlardan 2000 ton məhsul əldə olunması gözlənilir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, bölgədə heyva bağlarının sahəsi ildən-ilə artır və hazırda 130 hektara çatıb. Rayonun demək olar ki, bütün ərazisində, xüsusilə Yenikənd, Atakişili, Xırdapay, Qağacılı, Topalhəsənli, Dəyirmanlı, Mürtülü və digər ərazi dairələrində sakinlər heyva bağları salmağa böyük maraq göstərirlər. Kürdəmirli bağbanlar heyvanın “Məcidəmi”, “Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və digər növlərini yetişdirirlər.
Ötən il rayonda 1890 ton heyva tədarük olunub. Bu il məhsul istehsalının 200 tonadək artacağı gözlənilir.
Yığılan məhsul təkcə yerli bazarlara deyil, xarici bazarlara da göndərilir. İndi sahibkarlar Kürdəmir heyvasını Rusiya bazarlarına çıxarmağa hazırlaşırlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
56 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)







